EN

"Gürcü Arzusu": "Parlamentdə yüksək vəzifəli şəxslər öz postlarını qoruyacaq"



"Birinci komitə rəhbərləri və parlamentin digər yüksək vəzifəli şəxsləri öz postlarını qoruyacaq".

Bunu Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının icraçı direktoru Mamuka Mdinaradze bildirib.

“Bazar ertəsi səhər komitə rəhbərlərinin, parlamentin liderlərinin, vitse-spikerlərin adlarını açıqlayacağıq. Parlamentin mövcud üzvləri ilə bağlı heç bir sürpriz olmayacaq. Onlar əsasən vəzifələrini qoruyacaq və ya dəyişikliklər olacaq. Təbiidir ki, yeniliklər də olacaq”, - o vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin sədri yenidən Şalva Papuaşvili olacaq. Digər namizədlər iclas zamanı açıqlanacaq(Report).
Chosen
37
reyting.az

1Sources