Qırğızıstan prezidenti Sadır Japarov ölkəyə elektron siqaretlərin idxalına, satışına və çəkilməsinə qadağa qoyulacaq qanunu imzalayıb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Qanuna görə, elektron siqaret çəkməyə görə fiziki şəxslər üçün 10 min som (təxminən 197 manat), hüquqi şəxslər üçün isə 60 min som (təxminən 1180 manat) cərimə nəzərdə tutulur. Eyni zamanda, vape satışına görə sanksiyanın ölçüsü fiziki şəxslər üçün 20 min som (təxminən 393 manat), hüquqi şəxslər üçün isə 65 min som (təxminən 1277 manat) təşkil edəcək.
Qanun elektron siqaretlərin qanunsuz idxalına görə cərimələri də nəzərdə tutur. Beləliklə, qadağanı pozanları islah işləri və ya 100-120 min som (təxminən 1965 - 2358 manat) məbləğində cərimə gözləyir.
\\Teleqraf.com