EN

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Paşinyanın çıxışı ilə bağlı bəyanat yaydı

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi AzərbaycanaQayıdış üzrə Təşəbbüs Qrupu Ermənistanın baş naziri NikolPaşinyanın Qərbi Azərbaycan məsələsi və uydurma “Qərbi Ermənistan”anlayışı arasında paralel aparmaq cəhdi ilə bağlı bəyanatyayıb.

Trend xəbər verir ki,bəyanatda deyilir:

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycanməsələsini və uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralelaparmaq cəhdi qəbuledilməzdir.

Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmışazərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildəqayıdışına xidmət edən insan hüquqları mövzusudur. “QərbiErmənistan” ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsassənədlərində və siyasi addımlarında öz əksini tapmış əraziiddiasıdır.

Baş nazirin ən azı sözdə uydurma “Qərbi Ermənistan” anlayışınısual altına alması, “mifik Ermənistandan real Ermənistana keçmək”barədə bəyanatları, əslində çoxdan atılmalı olan addımlardır. Lakinbu, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların sülhyolu ilə öz evlərinə qayıtmaq hüququ hesabına başagəlməməlidir.

Bizim insan hüquqlarına əsaslanan haqq işimizi ərazi iddiası iləmüqayisə etmək yolverilməzdir. Bir daha xatırladaq ki, QərbiAzərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək,Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn normavə prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü vəsuverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklifetmişdir. Lakin Ermənistan bu çağırışlara məhəl qoymamış və qəsdənİcmanın fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid kimi təhrifetmişdir.

Baş nazir Paşinyan belə yanlış müqayisələr aparmaq əvəzinə,İcmanın dialoq çağırışlarına cavab verməli, Qərbi azərbaycanlılarıntəhlükəsiz və ləyaqətli qayıdışını təmin etməli, ErmənistanınKonstitusiyası və digər sənədlərdən Azərbaycana və digər qonşudövlətlərə qarşı ərazi iddialarını dərhal və qeyd-şərtsiz çıxarmaqüzərində işləməli və təhlükəli militarizasiya siyasətinə sonqoymalıdır".

Chosen
3
34
az.trend.az

10Sources