EN

"COP29 zamanı xarici jurnalistlər gördülər ki, Azərbaycanda tam şəffaf, açıq şəkildə münasibət qurmaq mümkündür" - RƏY

Azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Söz, fikir və mətbuat azadlığı demokratik cəmiyyətlərin prioritet dəyərlərindən biridir. Azərbaycan da məhz söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşıldığı  dövlətlərdən biridir. Məhz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi ilə dünyanın dörd bir yanından gələn insanlar bunun canlı şahidi oldular. Azərbaycan bir daha ikili standartlara söykənən ölkələrin dövlətimizə qarşı apardıqları qarayaxma kampaniyalarını alt-üst etdi. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan Respublikası dünyanın ən böyük beynəlxalq tədbirinə - COP29-a ev sahibliyi etməklə dövlətimiz bəşəri problemlərin həllinə ciddi töhfə vermək niyyətində olduğunu nümayiş etdirdi: 

Şuşada

“Heç kimə sirr deyil ki, bu gün dünya üçün bir nömrəli təhdid daha beynəlxalq terrorçuluq yox, iqlim dəyişikliyi məsələsidir. Çünki bu problem istənilən ölkəni hədəfə alıb. Dünya bu ağır problemə qarşı birlikdə səylərini birləşdirməsə, onda planetimizi hansı təhlükələr və təhdidlərin gözlədiyini proqnozlaşdırmaq elə də çətin deyil. Bu nöqteyi-nəzərdən COP29 tədbiri dövlətimizin gücünü ortaya qoydu. Bir daha məlum oldu ki, Azərbaycan dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın təminatında nə qədər maraqlı idisə, bir o qədər də dünyamızın hifz olunmasında, onu təhdid edən iqlim dəyişiklikləri problemlərinin həllində ciddi rol oynamaqda maraqlıdır. COP29 Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini bütün dünyaya nümayiş etdirdi. Tədbir çərçivəsində məmurlar jurnalistlərin qarşısında çıxışlar etdilər, onların suallarını cavablandırdırlar. Xarici jurnalistlər də gördülər ki, tam şəffaf, açıq şəkildə münasibət qurmaq mümkündür. Ölkəmizdə söz, mətbuat azadlığının ən yaxşı səviyyədə təmin edildiyi də bütün dünyanın diqqətinə çatdırıldı. Azərbaycanın bu xoş niyyətləri fonunda anti-Azərbaycan dairələr COP29-a ölkəmizə qarşı təzyiq kampaniyaları aparmaq üçün bir fürsət kimi yanaşdılar. Həm də koordinasiya olunmuş hücumlar təşkil edirdilər. Avropa İttifaqının təhlükəsizlik məsələlərinə cavabdeh olan Cozef Borel “Avropa bir bağdır, dünyanın qalan hissəsi isə cəngəllikdir” deyəndən sonra onlardan nə gözləmək olar? Bu nöqteyi-nəzərdən anti-Azərbaycan dairələrin ölkəmizə qarşı təzyiq kampaniyası iflasa uğradı. Onlar istədiklərinə nail ola bilmədilər. Cənab Prezident  noyabrın 12-də COP29 çərçivəsində Liderlərin Sammitində həmin anti-Azərbaycan dairələrə bəd xəbər çatdıraraq vurğuladı ki, 196 ölkədən Azərbaycana nümayəndələr gəlib, 72 min nəfər tədbirlərə qatılıb, 80 dövlət isə prezident, vitse-prezident, baş nazir səviyyəsində təmsil olunur. Yəni bütün anti-Azərbaycan dairələr gecə-gündüz çalışdılar ki, bu nəhəng tədbiri boykot etsinlər. Ancaq niyyətləri ürəklərində qaldı. Bu gün tam məsuliyyət hissi ilə demək olar ki, COP29 komandası öz işinin öhdəsindən şərəflə gəldi. Hesab edirəm, COP30 tədbirini keçirəcək dövlət Azərbaycanın bu təcrübəsindən yararlanacaq”. 

 

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, COP29 Azərbaycanın söz, plüralizm, fikir azadlığına nə qədər sadiq olduğunu göstərdi: 

Aydın

“Şahid olduq ki, COP müstəvisində Azərbaycanın siyasətinə nə qədər düşmən münasibət bəsləyən ölkələrin nümayəndələri də öz fikirlərini açıq şəkildə bildirdilər. Hətta bəşəriyyətin iqlim təhlükəsindən, problemlərindən xilasına qarşı ciddi müzakirələrin getdiyi bir vaxtda belə dəxli olmadan tamamilə yersiz addımlar atan insanlara qarşı nə qədər dözümlü bir münasibət sərgiləndi. Azərbaycanın COP müstəvisində həm fikir, söz azadlığına, həm də iqlim dəyişiklikləri ilə mübarizənin imperativlərinə nə qədər sadiq yanaşdığının əlamətləri ortadadır. Bu o deməkdir ki, Azərbaycan COP siyasətində də səmimidir, ardıcıldır, konkret iradəyə söykənib. Azərbaycan həm təbii qazıntı yanacaqlarının üzərində öz iqtisadiyyatını inkişaf etdirməkdə maraqlıdır, həm də qazıntı yanacaqlarını dövrün tələblərinə uyğun olaraq alternativ enerji mənbələri ilə əvəz etməkdə nə qədər böyük iradə sahibi olduğunu nümayiş etdirir. Bütün bunlar Azərbaycanın dünyanın bu günü və gələcəyi naminə necə səmimi siyasət apardığını ifadə edir. Halbuki Azərbaycan kimi digər ölkələr də belə səmimi və sağlam yanaşsaydılar, dünyanın gələcəyi üçün ən azı iqlim problemləri kontekstində o qədər də narahat olmağa dəyməzdi. Azərbaycan bu gün karbon emissiyalarının yalnız 0,01%-nə sahibdir, lakin 80%-ə qədər karbon emissiyasına sahibi olan Böyük 20-lərdən fərqli olaraq daha ardıcıl və daha səmimi siyasət aparır. Bu, elə Azərbaycanın siyasətinə böyük rəğbətlə yanaşmağı tələb edən nüansdır. Çox təəssüf ki, Azərbaycan nə qədər səmimi yanaşırsa, yenə də bəzi ölkələrin qərəzli, ikili standartlar çərçivəsində hücumlarına məruz qalır. Azərbaycanın COP siyasəti də, iqlim dəyişiklikləri ilə mübarizə siyasəti də, bu siyasət kontekstində söz, fikir azadlığına sadiqliyi də heç bir mübahisə doğurmadan qəbul olunmalıdır”. 

 

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 

  

Aytəkin Qardaşova 

 

Medianın

Tarix: 23 Noyabr 2024, 15:50   
Chosen
26
50
pravda.az

10Sources