İntellektual Qeyri-Bədii Ədəbiyyatın Beynəlxalq Kitab Sərgisi çərçivəsində 2024-cü il dekabrın 5-dən 8-dək Moskvada Beynəlxalq Ədəbiyyat Forumu keçiriləcək.
Tədbirin proqramına müasir ədəbiyyatın və nəsrin ən aktual mövzularına, milli ədəbiyyatın və tərcümə sənayesinin inkişafı, ədəbi təhsilin problemləri, yazıçılar birliklərinin fəaliyyəti, xaricdə və Rusiyada mədəni həyatın digər aspektlərinə həsr olunan 16 panel müzakirəsi daxildir.
Təşkilatçıların sözlərinə görə, Forumun məqsədi beynəlxalq mədəni əlaqələri gücləndirmək və müxtəlif ölkələrin yazıçıları və ədəbi icmaları arasında dialoq qurmaqdır. Bu məqsədlə tədbirdə ədəbiyyat və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Əsas müzakirə mövzuları yazıçının müasir cəmiyyətdəki mövqeyi, media və nəşriyyat fəaliyyətindəki rolu, eləcə də bədii tərcümə sənayesinin üzləşdiyi problemlər olacaq.
Tədbirdə müxtəlif ölkələrdən 50-dən çox yazıçının iştirak edəcəyi gözlənilir.