EN

Nazirlər Kabineti qərar verdi

Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası təsdiq edilib.

Yenicag.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” -ci il 4 iyun tarixli qərarı ləğv olunub.

Chosen
8
37
yenicag.az

10Sources