EN

Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..


Ermənistanda Azərbaycana casusluqda ittiham edilən keçmiş məmur Sərkis Qalstyan 18 il müddətə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, S.Qalstyan əvvəllər Azərbaycanın daxilindəki keçmiş və qondarma separatçı qurumda “müxtəlif vəzifələrdə” çalışıb, Şuşa rayon “administrasiyası rəhbərinin müavini”, “təhsil nazirliyi aparatının” və “prezident aparatı rəhbəri”nin müavini olub.

İş materiallarına görə, Qalstyan 2020-ci ildə xarici dövlətin xüsusi xidmət orqanlarına “işə götürülüb”. Vurğulanıb ki, Xankəndi separatçılardan təmizləndikdən sonra Qalstyan 6 aya yaxın bu şəhərdə qalıb. 2024-cü ilin mart ayının sonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi ilə Ermənistana gedib və orada saxlanılıb.

Maraqlıdır ki, Ermənistan İstintaq Komitəsinin Qalstyana qarşı istifadə etdiyi yeganə sübut onun evində axtarış apararkən tapılan türk dilindəki lüğət olub. Qalstyanın vəkilləri bildirib ki, o, ixtisaca türkoloqdur və onun türk dilində lüğətlə işləməsi normaldır. Erməni müstəntiqlər isə türkcə lüğəti Qalstyanın Azərbaycana casusluq etməsinin sübutu kimi göstəriblər.

Baş verənlər Ermənistan hakimiyyətinin hazırda yürütdüyü sülh ritorikasının nə qədər qeyri-səmimi və riyakarlıq olduğunu bir daha ortaya qoymuş olur. Ermənistanın siyasi hakimiyyəti və havadarları məhz sülh ritorikası ilə vəziyyəti dəyişməyə çalışır. Onlar bu yolla beynəlxalq icimiayyəti Azərbaycanla üz-üzə qoymaq və öz məqsədlərinə nail olmağa çalışr. Azərbaycan isə məhz beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipini əsas tutmaqla addımlar atır.


Chosen
4
2
nuh.az

3Sources