EN

Qərb Qlobal Cənub ölkələri üçün iqlim maliyyələşməsinin vacibliyini dərk etmir - Bernard Mvinzi

Bakı. Trend:

Qərb Qlobal Cənub ölkələri üçün iqlim maliyyələşməsininvacibliyini dərk etmir.

Trend-in məlumatına görə,bunu Afrika Danışıqlar Qrupunun kommunikasiya şöbəsinin rəhbəriBernard Mvinzi COP29 çərçivəsində jurnalistlərə deyib.

"Biz Qlobal Cənub ölkələrinin maraqlarını fəal şəkildə müdafiəedirik və əsas prioritetimiz iqlim uyğunlaşmasınınmaliyyələşdirilməsi məsələsidir. İqlim böhranına effektiv cavabvermək üçün ən azı 3 trilyon dollar tələb olunacaq.

Dünən bizim qrup 250 milyard dollar məbləğində təklif edilənvəsaitdən məyusluğunu bildirən bəyanat yayıb. Bu, yalnız yetərsizdeyil, hətta 2009-cu ildə verilən öhdəliklərdən də azdır. Ümidedirik ki, bu danışıqların sonunda Şimal ölkələri inkişaf etməkdəolan ölkələrin vəziyyətinin ciddiliyini dərk edəcək və xüsusiləiqlim maliyyələşməsi sahəsində birgə fəaliyyətin vacibliyinianlayacaqlar", - deyə o bildirib.

Bernard Mvinzi vurğulayıb ki, Qərb çox vaxt bu maliyyələşməniümumi qlobal fayda üçün zəruri bir tədbir olaraq deyil,xeyriyyəçilik kimi qəbul edir.

"Onlar iqlim böhranının yalnız inkişaf etməkdə olan ölkələrədeyil, həm də öz cəmiyyətlərinə təsir etdiyini dərk etmirlər.Yetərli maliyyələşmə olmadan inkişaf etməkdə olan ölkələr effektivşəkildə uyğunlaşa bilməz və bu, qaçılmaz olaraq hamıya təsiredəcək.

Əsas problem isə danışıqlarda iştirak edənlərin çoxununvəziyyətin təcililiyini anlamamasıdır. Bəzi iştirakçılar hazırdaiqlim dəyişikliyinin təsirləri ilə birbaşa üzləşmirlər, buna görədə böhranın miqyasını başa düşmürlər. Lakin iqlim böhranı qlobalbir problemdir.

Uyğunlaşma və maliyyələşmə məsələlərini təxirə salmaq olmaz.Qlobal Cənub ölkələri artıq bu nəticələrdən əziyyət çəkirlər vəyaxın illərdə digər regionlar da eyni çətinlikləri hiss edəcəklər",- o əlavə edib.

Chosen
30
1
az.trend.az

2Sources