EN

“Bloomberg”: Avropanı yeni qaz böhranı gözləyir

Yazını böyüt
Yazını kiçilt

Anbarlarda ehtiyatların sürətlə tükənməsi və Rusiyadan tədarükün azalması fonunda Avropanı yeni qaz böhranı təhlükəsi gözləyir.

“Bloomberg” agentliyinin məlumatına görə, Avropada qazın qiyməti geosiyasi gərginliklərlə əlaqədar bu il 45 faiz bahalaşıb. Eyni zamanda, havaların soyumağa başlaması qaza tələbatı kəskin artırıb. Zəif hava cərəyanları isə külək elektrik stansiyalarının istehsal həcminin azalmasına səbəb olub.

Qiymət artımı tempi 2022-ci ildə müşahidə edilən göstəricidən xeyli aşağı olsa da, inflyasiyanı gücləndirmək və böhranı dərinləşdirmək təhlükəsi yaradır.

Ekspertlərin sözlərinə görə, bəzi Avropa ölkələrinin hələ də Rusiyadan tədarük etdikləri qazın nəqlinin dayandırılması riski yaxın gələcəkdə qiymətin daha da artmasına səbəb olacaq. Bu, ödənişlər üçün istifadə edilən “Qazprombank”a qarşı ABŞ-ın yeni sanksiyaları səbəbindən baş verə bilər. Eyni zamanda, Rusiya qazının boru kəməri vasitəsilə Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilə ilin sonunda başa çatır. Digər risk faktorlarına ABŞ-dan maye qaz tədarükünün gecikməsi, həmçinin qış aylarında havaların kəskin soyuması daxildir.

Böhrandan ən çox zərər çəkən ölkə hazırda iqtisadiyyatında durğunluğun müşahidə edildiyi Almaniya ola bilər. Hazırda bu ölkənin avtomobil, maşınqayırma və kimya sənayesi ciddi problemlər yaşayır.

Chosen
41
3
hafta.az

3Sources