Nazirlər Kabineti “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası”nı təsdiq edib, “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” 4 iyun 2007-ci il tarixli qərarını ləğv edib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.