EN

“Napoli” də Ardanı istəyir

Arda Gülərin müştərilərinin sayı çoxalır. İndi də “Napoli” Türkiyə yığmasının üzvünü heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, “Fənərbaxça” və “Arsenal” yarımmüdafiəçini mövsümün sonunadək icarəyə götürməkdə israrlıdır. Londonlular hətta birdəfəlik transferdə də maraqlıdır. “Napoli” də Güləri sonradan satın almaq şərti ilə icarə əsasında heyətin qatmaq istəyir.

“Real”ın prezidenti Florentino Peres Ardanı buraxmaq niyyətində deyil. Amma futbolçu özü getmək istəsə, vəziyyət dəyişəcək.

Chosen
18
futbolinfo.az

1Sources