EN

"Daily Mail": "Oreşnik" raketi 20 dəqiqədən az müddətdə Avropaya çatacaq"

Böyük Britaniyanın "Daily Mail" qəzetinin jurnalistləri hesablayıblar ki, Rusiyanın "Oreşnik" ballistik raketi Avropanın istənilən şəhərinə 20 dəqiqədən az müddətdə çata bilər.

HİT.az xəbər verir ki, material müəlliflərinin fikrincə, "Oreşnik" Həştərxan vilayətindəki "Kapustin Yar" raket meydançasından buraxılarsa, raket Berlinə təxminən 11-12 dəqiqəyə, Romaya 13-14, Brüsselə 14-15, Parisə 15-16, Londona 16-17 dəqiqəyə çatacaq. 

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiyanın Dnepropetrovskdakı hərbi obyekti ən son “Oreşnik” orta mənzilli raket kompleksindən istifadə edərək vurduğunu açıqlayıb. Onun sözlərinə görə, hava hücumundan müdafiə vasitələri belə hücumlardan xilas etmir, ona görə də gələcəkdə Ukrayna əhalisinə təxliyə imkanlarını təmin etmək üçün əvvəlcədən xəbərdarlıq ediləcək.

Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, Rusiya Federasiyası bu cür raketlərin istifadəsi barədə məlumat verməyə borclu deyil, lakin 30 dəqiqə ərzində ABŞ-a avtomatik mesaj göndərilib. 

Samir

Chosen
7
50
hit.az

10Sources