EN

İsrail ordusunun azı 6 əsgəri intihar edib

Qəzza və Livanda azı 6 İsrail əsgəri intihar edib.

"Yedioth Ahronoth" qəzeti İsrailin son aylarda Qəzza və Livanda törətdiyi hücumlarda iştirak edən və psixoloji olaraq çətinliklərlə üzləşən azı 6 İsrail əsgərinin intihar etdiyini bildirib. Qeyd olunub ki, intihar edən əsgərlərin sayının daha çox olduğu təxmin edilir, lakin İsrail ordusu bu mövzu ilə bağlı hələ də rəsmi məlumat paylaşmaqdan imtina edir.

İsrail ordusunun yaratdığı ruhi sağlamlıq klinikalarına minlərlə əsgər və psixoloqların müraciət etdiyi bildirilir. Müharibə səbəbindən psixoloji problemlər yaşayan əsgərlərin sayının yaralananlardan çox olacağı gözlənilirdi. İsrail ordusunun Psixi Sağlamlıq İdarəsinin rəisi Lusian Lior mart ayında ''Haaretz'' qəzetinə verdiyi müsahibədə təxminən 1700 İsrail əsgərinin psixoloji müalicə aldığını açıqlayıb.

2023-cü ilin oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 492-si uşaq, 11 979-u qadın olmaqla 44 056 fələstinli həyatını itirib, 104 268 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.



Chosen
8
trt.net.tr

1Sources