EN

Azərbaycanda sənaye istehsalı azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye istehsalı sahələrində ümumi geriləmə müşahidə olunub.

Fins.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, elektrik enerjisi, qaz və buxar təchizatı sektorunda istehsal 0,4 faiz azalıb.

Toxuculuq sənayesi də azalma ilə üzləşib və istehsal 4,8 faiz geriləyib. Ən böyük azalma isə maşın və avadanlıqların istehsalında qeydə alınıb, burada istehsal 43,2 faiz azalıb.

Daha ciddi geriləmə isə sair nəqliyyat vasitələrinin istehsalı sahəsində olub. Bu sektorda istehsal 52,8 faiz azalıb və bu da ilin ən ciddi geriləmələrindən biri kimi qiymətləndirilib.

Fuad Mədətov
Fins.az

Chosen
13
fins.az

1Sources