EN

Azərbaycanda tanınmış iş adamının istintaqı başa çatdı

Azərbaycanda uzun müddət axtarışda olan və bu ilin sentyabrında həbs edilən tanınmış iş adamı Müqayis Verdiyevin barəsində olan ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. 

Bu günlərdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 25-nə təyin olunub. 

Qeyd edək ki, Müqayis Verdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. 

Fariz Məlikli
Demokrat.az
Chosen
27
demokrat.az

1Sources