Belçikanın Azərbaycandakı səfirliyi insanları COP29-dakı yekun danışıqların müsbət nəticələrinə ümidli olmağa çağırıb.
Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
“Bakıda COP29 yekunlaşır, bu günlərdə biz 198 ölkə, vətəndaş cəmiyyəti və özəl sektor liderləri arasında inanılmaz əməkdaşlığın şahidi olduq. Bu gün yekun danışıqlara diqqət yetirərkən, müsbət nəticəyə ümidli olaq! Biz birlikdə fərq yarada bilərik!”, – paylaşımda qeyd olunub.
Bizim.Media