EN

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi qaydası təsdiqləndi

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxilolan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlıtəhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi,vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habeləhesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər dədaxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası təsdiqlənib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazirƏli Əsədov imzalayıb.

Sənədə əsasən, bu qərar 2024/2025-ci tədris ilindən başlayaraqAzərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olanMilli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adınaHərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriatsəviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə HərbiKollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına HərbiLiseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş vəhəmin müəssisələrdə təhsil alan kursantlara şamil edilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “AzərbaycanOrdusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”dəbu Qərarla təsdiq edilən Qaydaya uyğun dəyişikliklərin AzərbaycanRespublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla 10 (on) günmüddətində həyata keçirilməsini təmin etməli; bu Qərardan irəligələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və AzərbaycanRespublikasının Müdafiə Nazirliyi bu Qərardan irəli gələnməsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiqedilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarınınlayihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi vədərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğunedilə bilər.

Bu Qayda “Gənclərin hərbi sahədə təhsil almasının təşviqedilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının7.2-ci bəndinə uyğun olaraq hazırlanıb və 2024/2025-ci tədrisilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin(bundan sonra – Müdafiə Nazirliyi) strukturuna daxil olan MilliMüdafiə Universitetinin (bundan sonra – Universitet) tabeliyindəkiHeydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, ocümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı HərbiKollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, HeydərƏliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə(bundan sonra – xüsusi təyinatlı təhsil müəssisələri) qəbul olunmuşvə həmin müəssisələrdə təhsil alan kursantlara dövlət büdcəsininvəsaiti hesabına ödəmələrin verilməsi, vəsaitlərin hesablardayerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitinidarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həminvəsaitlərin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

Bu Qaydada ödəmələr dedikdə “Gənclərin hərbi sahədə təhsilalmasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381nömrəli Fərmanına əsasən xüsusi təyinatlı təhsil müəssisələrindətəhsil alan kursantlara verilən birdəfəlik ödəmə, təqaüd, ailəüzvlərinə maddi yardım və hesabda yığılan ödəniş nəzərdətutulur.

Bu Qaydaya əsasən xüsusi təyinatlı təhsil müəssisələrində təhsilalan kursantlara ödəmələr dövlət büdcəsində bu məqsədlər üçünnəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Bu Qaydanın məqsədləri üçün kursantın ailə üzvləri dedikdə:1

atası və ya anası;

arvadı (əri);

bu Qaydada qeyd edilən ailə üzvləri olmadığı hallarda kursantınhimayədə olduğu babası, nənəsi, qardaşı, bacısı və ya qanunlamüəyyən edilmiş qaydada himayəçi təyin edilmiş digər şəxs nəzərdətutulur.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş kursantlarabirdəfəlik ödəmə aşağıdakı qaydada ödənilir:

xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuşkursantların təhsilə başlaması haqqında həmin müəssisəninrəhbərinin müvafiq əmri imzalandıqdan sonra növbəti 15 əməliyyatgünü müddətində;

xüsusi təyinatlı təhsil müəssisəsi tərəfindən birdəfəliködəmənin məbləği kursantın pul təminatı üçün bu Qaydada göstərilənhesaba köçürülür.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlaratəqaüdün verilməsi Universitet tərəfindən Müdafiə NazirliyininAzərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla,sistem əhəmiyyətli banklar sırasından müəyyən etdiyi agent bankda(bundan sonra – agent bank) kursantın adına açılmış bank hesabınaköçürülməklə tədris ilinin hər ayı üçün növbəti ayın birinciongünlüyündə həyata keçirilir.

Xüsusi təyinatlı təhsil müəssisələrinə təhsil alan kursantlarınailə üzvlərinə maddi yardım aşağıdakı qaydada ödənilir:

Universitet tərəfindən bu Qaydada qeyd olunan və kursantınforması bu Qaydaya 1 nömrəli əlavə ilə müəyyən edilən yazılıərizəsində göstərdiyi şəxslərdən birinin agent bankda açılmış bankhesabına köçürülür;

kursantın təhsil aldığı müddətdə maddi yardım bu Qaydaya uyğunolaraq hər ay üçün növbəti ayın birinci ongünlüyündə ödənilir.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlarüçün ödənişin hesabda yığılması aşağıdakı qaydada həyatakeçirilir:

Universitet tərəfindən ödənişlərin yerləşdirilməsi məqsədiləagent bankda bank hesabı açılır;

Universitetlə agent bank arasında bu Qaydaya uyğun olaraq bankxidmətlərinin göstərilməsi, o cümlədən hesabda olan vəsaitin idarəedilməsi və həmin xidmətlərə görə haqqın ödənilməsi və aşağıdagöstərilən digər şərtləri özündə əks etdirən forması AzərbaycanRespublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış müqaviləbağlanılır;

bu Qaydada qeyd olunan hesabın tərkibində aşağıdakı xüsusitəyinatlı təhsil müəssisələri üçün hesablar açılır:

Cəmşid Naxçıvanski adına Hərbi Lisey;

Heydər Əliyev adına Hərbi Lisey;

Bakı Hərbi Kolleci;

Naxçıvan Hərbi Kolleci;

Gəncə Hərbi Kolleci;

Heydər Əliyev adına Hərbi İnstitut;

bu Qayda ilə əhatə olunan hər bir təhsil alan kursant üçün buQaydada nəzərdə tutulan müvafiq hesabın tərkibində hər bir təhsilmüəssisəsinin kursantı üçün bank hesabı açılır və Universitettərəfindən hesabın açıldığı vaxtdan etibarən 10 (on) əməliyyat günümüddətində hesabın açılması ilə bağlı forması bu Qaydanın 2 nömrəliəlavəsi ilə müəyyən edilən bildirişə uyğun olaraq kursanta məlumatverilir;

agent bank tərəfindən ödənişlər bu Qaydada nəzərdə tutulmuşhallarda məzunların bank hesablarına köçürülür.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlarınUniversitet tərəfindən təqdim edilmiş xüsusi təyinatlı təhsilmüəssisələri üzrə bölgüsünə əsasən hər rübün birinci ayının ikinciongünlüyündə bu Qaydada qeyd olunan hesaba aylıq vəsaitin məbləğiköçürülür.

Agent bank tərəfindən hər ay bank hesabında yerləşdirilmişvəsait üzrə təhsil alan kursantın və ya məzunun həmin hesabdanistifadə hüququ yaranan günədək faiz gəlirləri hesablanır. Faizgəlirlərinin dərəcələri bank hesabı müqaviləsində əks etdirilir.Faiz gəlirləri azı daxili maliyyə bazarlarında yerləşdirilən dövlətistiqrazları üzrə gəlirlilik dərəcəsinə bərabər tutulmaqla müəyyənedilir.

Bank hesabında yığılmış vəsaitdən kursant tərəfindən istifadəhüququ aşağıdakı hallarda yaranır:

hərbi liseyləri bitirmiş məzunlar üçün Heydər Əliyev adına Hərbiİnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriatsəviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsilmüəssisəsi) və ya Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə,Naxçıvan Hərbi Kollecinə (bundan sonra – hərbi kollec) qəbulolunaraq təhsilə başladıqda, habelə bu Qaydaya uyğun olaraqvəzifənin icrasına başladıqda;

hərbi kolleci bitirmiş məzunlar üçün Azərbaycan Ordusundamüvafiq qaydada gizir (miçman) kimi vəzifəyə təyin edilərək həminvəzifənin icrasına başladıqda;

ali təhsil müəssisəsini bitirmiş məzunlar üçün AzərbaycanOrdusunda müvafiq qaydada zabit kimi vəzifəyə təyin edilərək həminvəzifənin icrasına başladıqda.

Hərbi liseyi bitirən məzunlara bank hesabında yığılmış vəsaitinəlli faiz hissəsi onlar ali təhsil müəssisəsinə və ya hərbi kollecəqəbul olunaraq təhsilə başladıqda, qalan əlli faiz hissəsi buQaydaya uyğun olaraq vəzifələrinin icrasına başladıqda, ali təhsilmüəssisəsini və hərbi kolleci bitirmiş məzunlara isə onlarAzərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir (miçman)kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqdakursantın (hərbi qulluqçunun) forması bu Qaydanın 4 və 5 nömrəliəlavələri ilə müəyyən edilən yazılı ərizəsi (4 və 5 nömrəliəlavələr) əsasında onun tərəfindən müəyyən edilən bank hesabınaödənilir.

Agent bank bu Qaydada nəzərdə tutulan hallara uyğun olaraqMüdafiə Nazirliyi tərəfindən verilmiş ödəniş tapşırığı əsasında 10(on) əməliyyat günü müddətində bank hesabında mövcud olan vəsaitdənistifadəni təmin edir.

Bu Qaydada qeyd olunan ödənişlər məzunların bank hesabına tamşəkildə keçirildikdən sonra Universitetlə agent bank arasında həminhesablar üzrə bağlanılmış müqaviləyə xitam verilir və bu barədəməzuna 10 (on) əməliyyat günü müddətində məlumat göndərilir.

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qaydadaqeyd olunan hüququ əldə edə bilmədikdə onların bank hesabındayığılmış vəsait (hesablanmış faizlərlə birlikdə) dövlət büdcəsinəgeri qaytarılır və Universitetlə agent bank arasında həmin hesabüzrə bağlanılmış müqaviləyə xitam verilir.

Chosen
13
9
az.trend.az

10Sources