EN

İqor Akinfeyev Dmitri Kramarenkoya görə “Qarabağ”a baxır

MOİK-in qapıçı məşqçisi Dmitri Kramarenko “Qarabağ”a azarkeşlik edir.

İdman.biz xəbər verir ki, bunu yerli mətbuata müsahibəsində Rusiya millisinin sabiq qapıçısı İqor Akinfeyev deyib.

MOİK-in formasını geyinən 38 yaşlı qolkiper klubun qapıçılar üzrə məşqçisi, Azərbaycan yığmasının sabiq çərçivə qoruyucusu Dmitri Kramarenkonun Ağdam klubuna olan sevgisindən danışıb. Akinfeyev bildirib ki, onlar “Qarabağ”ın oyunlarını birlikdə izləyirlər: “Kramarenkoya görə bəzən “Qarabağ”ın Avropa Liqasındakı oyunlarına baxmalı oluram. Bu mövsümdə bütün rəqibləri ilə bərabər oyunlar keçiriblər, amma hələlik hamısında (“Qarabağ” “Budo Qlimt”ə qalib gəlib) məğlub olublar. Bu isə səviyyə məsələsidir”.

Qeyd edək ki, karyerası ərzində yalnız MOİK-in şərəfini qoruyan Akinfeyev Rusiya çempionatında 14-cü mövsümünü keçirir.

İdman.biz

Chosen
12
idman.biz

1Sources