EN

Prezident İlham Əliyev vətəndaşların hərbi xidmətə çağırılması və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətəçağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularınınehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, 2007-ciildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18yaşı tamam olmuş, habelə 1990–2006-cı illərdə doğulmuş, yaşı 35-dəkolan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətlihəqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətəçağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbixidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasıvətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbixidmətə çağırılırlar.

Sərəncamda, həmçinin bildirilir ki, “Hərbi vəzifə və hərbixidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-cimaddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqihərbi xidmət hərbi qulluqçuları 2025-ci il yanvarın 1-dən 30-dəkehtiyata buraxılırlar.

Chosen
8
49
az.trend.az

10Sources