EN

Bakı yolları normallaşır

Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"Buna görə də COP29 zolaqları demarkasiya ediləcək, müvafiq nişanlar söküləcək. Bu istiqamətdə işlər artıq başlayıb," - deyə AYNA bildirib.

Bundan əlavə, Bakıda COP29 iştirakçıları üçün təşkil edilmiş ictimai nəqliyyatda pulsuz gediş proqramı da başa çatır. Noyabrın 25-dən etibarən konfrans nümayəndələri Azərbaycan paytaxtında avtobus, metro və dəmir yolu nəqliyyatından pulsuz istifadə edə bilməyəcəklər.

İqlim Dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil edilmiş xüsusi COP29 zolaqları tədbir iştirakçılarının tədbir məkanlarına maneəsiz çatmalarına imkan verib. Lakin Bakıda mövcud avtobus və velosiped zolaqları ilə yanaşı, bu xüsusi zolaqlar da sakinləri narahat edib və şəhərin küçələrində avtomobil hərəkətini çətinləşdirib.

Chosen
26
turan.az

1Sources