"Bavariya"nın yeni mövsüm üçün əsas transfer hədəfi bəlli olub.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Bayer"də çıxış edən Florian Virtsi transfer etməyə çalışacaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Münhen təmsilçisi alman vinger üçün qarşı tərəfə 100 milyon avroluq təklif göndərəcək. "Bavariya" bu məbləğlə yanaşı 21 yaşlı futbolçunun klubuna bir neçə oyunçu da təklif edəcək.
Qeyd edək ki, "Bayer" Florian Virtsi 2021-ci ilin yayında "Köln" akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.Gənc oyunçunun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi