EN

ÜST: "Meymunçiçəyi xəstəliyi ilə bağlı fövqəladə vəziyyətin  müddəti uzadıldı"

ÜST: ÜST: "Meymunçiçəyi xəstəliyi ilə bağlı fövqəladə vəziyyətin

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "mpox" xəstəliyinin (meymunçiçəyi) yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin saxlanılması barədə qərar qəbul edib.

E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, "mpox" (meymunçiçəyi) xəstəliyinin artması səbəbindən, 2022-ci ilin avqustundan sonra ikinci dəfə noyabrın 22-də fövqəladə komitənin toplandığını açıqlayıb.

Ekspertlər, xəstəliyin beynəlxalq səhiyyə sahəsində fövqəladə vəziyyət olaraq qalmasına qərar veriblər.

ÜST-ün məlumatına görə, xəstələrin sayının artması və "mpox"un coğrafi yayılması, əlaqələndirilmiş cavab tədbirləri tələb edir.

2022-ci ilin yanvarından 2023-cü ilin sentyabrınadək 123 ölkədə 236 ölüm hadisəsi daxil olmaqla, 109,699 təsdiqlənmiş "mpox" hadisəsi qeydə alınıb.

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources