EN

Biznesində Maestro olanlara hədiyyələr təqdim edildi®

Xəbər verdiyimiz kimi Birbank Biznes biznes sahibləri üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edib. Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək tarif paketlərini özləri yarada bilirlər.
30 iyul-5 sentyabr tarixlərində həyata keçirilən kampaniya çərçivəsində Maestro tarifinə qoşulan hər 25-ci sahibkar Premium kart, ən yüksək dövriyyə alan 3 sahibkar isə qızıl qazanmaq şansı əldə edirdi. Qeyd edək ki, şərtlərə əsasən müştəri tarifə qoşulduqdan sonra Maestro ilə minimum 2 fərqli əməliyyat dövriyyəsi almalı və paketə ödəniləcək ümumi məbləğ ən azı 500 AZN olmalı idi. 

Ötən gün Birbank Biznes komandasının biznes sahibləri ilə görüşündə kampaniyanın qalibləri də iştirak etdilər və onlara hədiyyələr təqdim edildi. Görüşdə cari il ərzində Birbank Biznes mobil tətbiqinə gətirilən yeniliklər haqqında danışıldı, eyni zamanda növbəti ildə sahibkarlara yaradılacaq imkanlar, yeni layihələr barədə məlumat verildi. Tədbirdə biznes sahibləri öz sual və təkliflərini də səsləndirdilər. 

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün //kbl.az/bbprmkd saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.
 

Chosen
13
19
valyuta.az

10Sources