EN

11 milyonda bir - İnək dördəm balaladı

Almaniyanın şimalında, Şönkirxen şəhəri yaxınlığındakı fermada demək olar ki, inanılmaz hadisə baş verib. "Astrologin" adlı inək dördəm buzov dünyaya gətirib.

Redaktor.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Belə ki, əslində, inəklər bir, nadir hallarda iki buzov doğur. Üçəmlərin olma ehtimalı belə 7000-də 1-dir. Dördəm buzovun doğulması isə 11 milyon halda 1 dəfə baş verir. Adətən, belə vəziyyətdə ana və ya balalar ölür, amma bu dəfə hər şey normal keçib.

Fermer bildirib ki, əvvəlcə iki erkək, sonra isə iki dişi buzov doğulub.

Sevinc İBRAHİMZADƏ

Chosen
19
redaktor.az

1Sources