EN

Lüksemburq hələ də özünü dövlət hesab edir TƏHLİL

Lüksemburq Deputatlar Palatasının Azərbaycan haqqında qəbul etdiyi qətnamənin müəllifi heç şübhəsiz ki, Fransa dövləti, onun prezidenti Makrondur

Azərbaycan dünyada sabitlik adası olaraq tanınır və qəbul edilir. Beynəlxalq aləmdə gedən istənilən ictimai-siyasi proseslərdə Azərbaycanın irəli sürdüyü təkliflər birmənalı şəkildə dəstəklənir. Bu isə ölkəmizin dünyanın aparıcı dövlətlərindən biri olduğunu bir daha təsdiqləyir. Ölkəmizin dünya birliyindəki nüfuzu yüksəldikcə, dostlarının da sayı artır. Hazırda ölkəmizlə əməkdaşlıq etmək istəyən, iki və çoxtərəfli müqavilələrin imzalanmasında maraqlı olan dövlətlərin sayı kifayət qədər çoxdur. Məhz bu cür inamın nəticəsidir ki, 200-dən çox ölkənin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə qərar verildi. Əldə olunan uğurlar, qazanılan nailiyyətlər bəzi Avropa ölkələrinin narahatlığına səbəb olub. Çünki onlar müsəlma-türk dövlətinin dünya siyasətində aparıcı rol almasını heç cür həzm edə bilmirlər. Digər tərəfdən uzun illər himayədarlıq etdikləri Ermənistanın 44 günlük Vətən Müharibəsi ilə sıradan çıxardıb, torpaqlarını azad etməsi ilə barışmağa çətinlik çəkirlər. Ona görə də, müxtəlif iyrənc vasitə və üsullarla Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir, utancverici hesabatlara yayırlar. Fransa, Almaniya, ABŞ kimi dövlətlər Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla nəticə əldə edə bilmədiklərini, əksinə özlərini pis vəziyyətə saldıqlarını anladıqlarından dövriyyəyə dünya xəritəsində it sümüyü formasında görünən “cırtdan”ları dövriyyə salıblar. Uzun əsrlər Fransanın, Hollandiyanın, Almaniyanın və Belçikanın tərkibində balaca bir əyalət olaraq fəaliyyət göstərmiş Luksemburqun meydana çıxarılaraq Azərbaycana qarşı şər və böhtan kampaniyasında “gücünü” sınamağa çalışması buna misal ola bilər.

Azərbaycan Milli Məclisi Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir

Luksemburq kimi üzdəniraq “cırt”dan dövlətciyəz noyabrın 20-də Deputatlar Palatası adından Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Lüksemburq Deputatlar Palatası da himayə olunduğu Fransa tərəfindən guya Azərbaycanda insan hüquqları pozulur, söz azadlığına qarşı əngəllər var və bu kimi saxta ittihamlar irəli sürülüb. Başlıca azarlarını da qeyd ediblər. Kağız parçası hesab olunan sənəddə Qarabağdakı terrorçu dəstə başçılarının həbs edilməsindən narahat olduqlarından, onların azad edilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda iddia edirlər ki, Azərbaycan AŞPA deputatlarına qarşı tətbiq etdiyi sanksiyanı aradan qaldırmalıdır. Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi anormal qərara Azərbaycanın Milli Məclisi sərt münasibət bildirib. Bundan əvvəldə xüsusilə də Vətən Müharibəsində əldə olunan parlaq hərbi qələbədən sonra Luksemburq hakimiyyət nümayəndələri Fransanın təhriki ilə Azərbaycana qarşı xislətinə uyğun hədyanlar səsləndirmişlər. Hətta Lüksemburqun Deputatlar Palatasının sədri Klod Visler cari ilin mayın 22-də Ermənistana səfəri çərçivəsində parlamentdə çıxışı zamanı Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirmişdir. O zaman olduğu kimi bu dəfə də Azərbaycan Milli Məclisi Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd etdiyini qeyd etmişdir: “Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir. Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiqlənib. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib.Özbaşına həbslər, fikir və toplaşma azadlığının məhdudlaşdırılması barədə qətnamədə ifadə edilən fikirlər kobud təhriflər üzərində qurulub. Müxtəlif hesabatlarda adları hallandırılan şəxslərin həbsləri milli qanunların pozulduğunu göstərən tutarlı sübutlar əsasında həyata keçirilmiş və bu zaman lazımi hüquqi prosedurlara əməl edilib”.

Azərbaycanın Milli Məclisin açıqlamasında o da vurğulanır ki, Lüksemburq parlamentinin qəbul etdiyi qətnamədə siyasi məhbuslar ilə bağlı irəli sürülən iddialar əsassızdır və Azərbaycanın gözdən salınmasına yönələn kampaniyanın tərkib hissəsini təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur: “Avropa Şurası Parlament Assambleyasının 76 deputatının, o cümlədən Lüksemburq Deputatlar Palatası üzvlərinin “persona non qrata” elan olunması məhz Azərbaycanın sülh və sabitlik yaradılması səylərinə zidd hərəkətlərin fəal surətdə dəstəklənməsi, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı olub. Həmin tədbirlərin ləğvinə çağırış bu cür dəstəyin ikitərəfli və çoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərk edilmədiyini göstərir. Azərbaycan Lüksemburq da daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlar ilə konstruktiv dialoqa sadiqdir, lakin bu cür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanmalıdır. Bununla əlaqədar Azərbaycan Milli Məclisi Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu və diplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıq yaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsi praktikasından əl çəkməyi tələb edir”.

Lüksemburq vassal bir quruluşdur

Fakt ondan ibarətdir ki, Lüksemburq balaca bir “cırtdan” dövlət olduğundan müstəqil mövqe sərgiləmək, azad addımlar atmaq gücünə malik deyil. Bu balaca quruluşu Fransa idarə edir. Ölkənin rəsmi dilinin olmaması və əhalinin əsasən fransız və alman dillərində danışması, iqtisadi, sosial siyasətin Fransa hökuməti tərəfindən müəyyənləşməsi Lüksemburqun 1684-cü ildən bu günə qədər Fransanın bir əyaləti olaraq qaldığını göstərir. Tarixi faktlara istinadən qeyd etmək olar ki, Lüksemburq 1684-cü ildə Fransa kralı XVI Luis tərəfindən işğal edilib. Belçika və Hollandiya bu ərazilərə sahib olmaq üçün cəhdlər göstərsələr də, istəkləri nəticəsiz qalıb. 1815-ci ilə qədər Fransanın bir əyaləti olaraq qalan Lüksemburq nəhayət 1830-cu il də Belçikanın bir bölgəsinə çevrilmişdir. Birinci və ikinci dünya müharibələrində Almaniya tərəfindən işğal edilən Lüksemburq uzun illər boyunduruq altında inildəmişdir. 1945-ci ildə Almaniyanın çöküşündən istifadə edən Belçika və Hollandiya Lüksemburqun torpaqlarını öz aralarında bölmüşlər. Nəhayət, yenidən meydanda görünən Fransa Lüksemburqu Belçika və Hollandiyanın təsirindən xilas edərək, öz vassalına çevirmişdir. Hətta Luksemburq yarım müstəqillikdə vermişdir. Nəticədə, Lüksemburq 1949 da NATO, 1957-ci ildə Avropa İqtisadi Birliyinə üzv olmuşdur. Bu gün də Luksemburq dövlət olduğunu göstərməyə çalışsa da, reallıqda Fransanın bir parçası olaraq tanınır. Ölkə idarəetmə formasının orta əsrlər dövründə olduğu kimi Qraflıq sistemi ilə idarə olunması rəsmi Lüksemburqun azad olmayan dövlətlərdən olduğunu göstərir. Lüksemburq həm də monarxiya formasında idarə olunur və ölkə siyasətinin barbarlar dövründə olduğu kimi hersoqlar müəyyənləşdirirlər. Parlament qərarlar verir, qanunlar qəbul etsə də, əsas qərarlar hesoqlar tərəfindən verilir. Hersoqlar isə Fransa hakimiyyətinin, yəni Makronun göstərişi ilə fəaliyyət göstərirlər. Ona görə də, barbarların dövründən qalma siyasəti davam etdirən Luksemburqun dünyəvi dövlət quruluşuna uyğun qərarlar qəbul etməsi, açıqlamalar verməsi mümkünsüzdür. Digər tərəfdən qeyd etdiyimiz kimi, Lüksemburq Fransanın bir parçası olaraq qalmaqdadır. Belə bir toplumun Azərbaycan haqqında irəli sürdüyü qərəzli qərarların müəllifi də heç şübhəsiz ki, Fransa dövləti, onun prezidenti Makrondur. Çünki hər iki dövlətin Azərbaycana qarşı qərəzli siyasəti eyni tezislərə əsaslanır və açıqlamaları bir-birinə oxşardır. “Cırt”dan bir quruluşun Azərbaycan kimi nəhəng, güclü bir dövlətə qarşı hansısa iddialar irəli sürmək gücünə və imkanına malik ola bilməz. Yəni Azərbaycana qarşı qərəz Lüksemburqun həddi deyil. Onu Fransa kimi irticaçı dövlət məcbur edir. Bu yerdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Polun sualını cavablandırarkən dediyi “Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir” fikri yada düşür. Fateh Sərkərdə, Prezident İlham Əliyev bildirdi ki, müharibədən sonra Avropa İttifaqına üzv cəmi bir ölkə var ki, onun xarici işlər naziri özünə Azərbaycan barədə çox uyğun olmayan fikirlər söyləməyi rəva görüb: “Biz demək olar ki, səssiz qaldıq. Yalnız bizim Xarici İşlər Nazirliyimiz cavab verdi, çünki biz bu ölkədən çox “qorxurduq”. Mən sizə də bizə amansızcasına hücum edən bu ölkədən çox “qorxmağı” məsləhət görürəm. Mən bütün rəsmi şəxslərimizə dedim ki, səssiz qalsınlar, əks halda onlar gəlib bizi “işğal edərlər”. Bilirsiniz bu hansı ölkədir? Bu ölkə Lüksemburq adlanır. Sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də, Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun. Lakin bundan başqa, müharibədən sonra mənfi heç nə baş verməyib. Biz ümid edirik ki, Avropa İttifaqı bizim böyük tərəfdaşımız olmağa davam edəcək. Xüsusilə əvvəl qeyd etdiyim kimi, Avropa İttifaqının 9 üzvü ilə bizim strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatımız var”.

Avropada çirkli pulların yuyulmasına görə Lüksemburq öndə gedən ölkədir

Lüksemburq “cırt”dan ölkə olsa da, çirkli pulların yuyulmasına görə Avropa öndə gedən ölkələrdəndir. Nəzarətsiz ölkə olduğundan cinayətkarlıqda geniş yayılıb, narkotacirlər Avropaya geniş çeşidli narkotiki Lüksemburqun hakim zümrəsi ilə razılaşdırmaqla Avropa və Asiya ölkələrinə daşınmasını həyat keçirlər. Lüksemburqa turist olaraq səyahət edən insanlar hər addımda cinayətkarların hücumuna məruz qala bilir. Ötən ilin statistikasına görə. Ölkəyə səyahət etmiş 865 min nəfərdən 34 min 456 nəfəri yerli cinayətkarların hücumu ilə üzləşib. Ona görə də, Lüksemburq turist səyahəti və iş fəaliyyəti üçün çox təhlükəli ərazilər hesab olunur. Haqlı olaraq da Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarımız Lüksemburqa gedərkən ehtiyatlı olmağı tövsiyə edir. Nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunur ki, Lüksemburqda terror hadisələri nadir hal hesab olunur. Lakin digər Şenqen ölkələri kimi Lüksemburqun açıq sərhədləri terroristlərin ölkəyə nəzərə çarpmadan daxil olmalarına imkan verir: “Lüksemburqda nümayişlərin keçirilməsi üçün əvvəlcədən polisin razılığı tələb olunur və polis nümayiş iştirakçılarının və yoldan keçənlərin təhlükəsizliyini təmin edir. Bütün bunlara baxmayaraq, belə nümayişlər zamanı vəziyyət ictimai asayişi təhlükə törədə biləcək istiqamətdə inkişaf edə bilər. Buna görə nümayişlərin keçirildiyi ərazilərdən uzaq olmanız tövsiyə olunur. Lüksemburqda üstünlük təşkil edən cinayət növləri pul kisələrinin/çantaların şəxsin əlindən qoparmaqla qiymətli əşyaların oğurlanması və ya adam olmayan evlərin qarət edilməsidir. Səyahətçilər, cibgirlərin problem halına gəldiyi ictimai yerlərdə, aeroport və qatar terminallarında ehtiyatlı olmaları gərəkdir. Lüksemburqun gündüz vaxtı təhükəsiz olan çoxlu ictimai parkları vardır. Həmin parkların bəzilərində narkotiklərin küçə satışı halları artmışdır. Qaranlıq düşdükdən sonra bu parkları dolaşmaq təhlükəsizlik baxımında riskli olduğuna görə həmin parklarda uzaq olmaq tövsiyə olunur”.

Bir sözlə faktlar təsdiq edir ki, Lüksemburq kağız üzərində dövlət (hətta müstəqil ölkə- İ.Ə.) kimi təqdim edilməsinə baxmayaraq, əslində, Fransanın bir əyaləti olaraq qalır. Başıpozuq hersoqların müstəqil olmaması ölkə parlamentinin anormal qərarlar qəbul etməsinə gətirib çıxarır. Lüksemburq Deputatlar Palatasının Azərbaycan haqqında qəbul etdiyi separatçı qətnamədə yiyəsiz parlament üzvlərinin qeyri-ciddi qərarı olduğu şübhəsidir. Lakin heç bir kağız parçasından başqa bir şeyə yaramayan qətnamələr, qərar və açıqlamalar Azərbaycanı öz yolundan - dünyada sülhə, əmin-amanlığa töhfələr vermək yolundan döndərə bilməz. Biz varıq və var olduqca Azərbaycanın uğurları bol olacaq.

İLHAM ƏLİYEV

Chosen
17
sesqazeti.az

1Sources