Noyabrın 23-də Qırğızıstan, Özbəkistan, Tacikistan və Azərbaycanda zəlzələlər baş verib.“Daşkənd vaxtı ilə saat 13:33-də Qırğızıstanda zəlzələ baş verib. Zəlzələ koordinatları: 39,5 dərəcə şimal eni; 71,74 dərəcə şərq uzunluğu. Böyüklük M=5.3. Dərinliyi 10 km. Zəlzələnin episentrindən Daşkəndə qədər olan məsafə cənub-şərq istiqamətində 290 km-dir”, - deyə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin Telegram kanalında məlumat verilib.Qeyd edilib ki, Daşkənddə yeraltı təkanların gücü 2 bal, Özbəkistanın Fərqanə vilayətində isə 2-3 bal olub.Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz saytında məlumat verib ki, Tacikistanda 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 7 km dərinlikdə olub, Özbəkistandakı yeraltı təkanlar ilə eyni vaxtda baş verib.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, respublika ərazisində eyni vaxtda 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 15 km dərinlikdə olub.