EN

Aİ Nigerdəki səfirini geri çağırıb

Avropa İttifaqı (Aİ) humanitar yardımla bağlı Niger hökuməti ilə fikir ayrılıqlarına görə bu ölkədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

“Report” xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqə Xidmətinin saytında məlumat yayılıb.

"Nigerin keçid hökumətinin bəyanatında ciddi daşqınlar nəticəsində zərər çəkmiş insanlara göstərilən humanitar yardımın Aİ nümayəndələri tərəfindən idarə edilməsi və razılaşmalar şübhə altına alınır. Bununla əlaqədar Aİ öz səfirini məsləhətləşmələr üçün Niameydən Brüsselə geri çağırmaq qərarına gəlib", - bəyanatda deyilir.

Aİ Niger hökumətini humanitar yardım məsələsini siyasiləşdirməkdə günahlandırıb.

Chosen
7
5
far.az

6Sources