EN

Teymur Quliyev COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib -FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Teymur Quliyev COP29 çərçivəsində keçirilən panel müzakirələrində çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR rəsmi "Facebook" səhifəsində payşalım edib.

Paylaşımda qeyd olunur ki, Teymur Quliyev iqlim dəyişikliyi və enerji keçidi mövzularına toxunaraq, aşağı karbonlu iqtisadiyyata keçidin sürətləndirilməsində yeni texnologiyaların və tənzimləyici mexanizmlərin əhəmiyyətini vurğulayıb.

SOCAR rəsmisi həmçinin şirkətin xalis sıfır hədəfləri, enerji keçidi və dekarbonizasiya sahəsində uzunmüddətli strategiyasından danışıb.

Chosen
3
2
ikisahil.az

3Sources