EN

Yaponiyada dəniz suyunda parçalanan plastik hazırlanıb

Bakı. Trend:

Yapon alimin rəhbərlik etdiyi beynəlxalq komanda dəniz suyundayüksək dayanıqlı və bioloji parçalana bilən yeni plastik növününhazırlanması barədə məlumat verib.

Trend xarici KİV-ə istinadənxəbər verir ki, yaradıcıların iddia etdiyinə görə, təkrar emaledilə bilən bu plastik ətraf mühitin çirklənməsini və dünyaokeanında mikroplastikin yığılmasını azaltmağa kömək edir.

“RIKEN” Təbiət Elmləri İnstitutunun Yaranan elmi məsələlərMərkəzindən Aida Takudzonun rəhbərlik etdiyi tədqiqat qrupuAmerikanın “Science” elmi nəşrində tədqiqatların nəticələrini dərcedib.

Qrup qazıntı yanacaq növlərindən hazırlanan ənənəvi plastikləriəvəz edə biləcək materialın yaradılması üzərində işləyirdi.

Tədqiqatçılar polipropilenlə eyni möhkəmlikdə və istiliyədavamlılığa malik olan, rəngsiz və şəffaf yeni plastik növütapdıqlarını bildiriblər.

Yeni material supramolekulyar plastik adlandırılıb və bu,“strukturları potensial geri çevrilə bilən, qarşılıqlı təsirlərləqorunan polimerlərdir”.

Aida Takudzonun sözlərinə görə, yeni plastik növü mikroplastikistehsal etmədən təkrar emala və bioloji parçalanmaya məruz qalabilər. Alim, həmçinin bu materialın çoxlu müxtəlif məqsədlər üçünistifadə edilə biləcəyinə də ümid etdiyini bildirib.

Chosen
25
9
az.trend.az

10Sources