EN

“Real” darmadağın etdi, amma üç oyunçusunu itirdi - İCMAL

“Valensiya” bir-birinin ardınca turları buraxır, ancaq buz buna görə komandanı suçlaya bilmərik. Axı əyalətin hakimiyyət orqanları daşqının fəsadlarını aradan qaldırmaqla məşğuldu.

Bu dəfə “yarasalar”la birgə “Espanyol” dincəlmək imkanı qazandı. Ümid edirik ki, yığmaların oyunlarına görə yaranan fasilədən sonra hər şey qaydasına düşəcək. Əvvəlki turda məhz “Valensiya” ilə qarşılaşmalı olan “Real” çempionluq yarışına darmadağınla, ancaq həm də dramatik şəkildə döndü. Madridlilər Vinisiusun het-triki sayəsində “Osasuna”nı param-parça etdi. Sadəcə, onların birdən-birə üç oyunçusu müxtəlif müddətə sıradan çıxdı. Rodriqo ilə Vaskesi bu il bir daha yaşıl meydanda görmək imkanımız olacaqsa, Militao üçün artıq mövsüm bitib. O, karyerasında 2-ci dəfə xaçvari bağları qırıb.

İlk “4-lüy”ə iddialı olan başqa komandalar fərqli çıxış etdi. “Atletiko” Balear adalarında çətinliklə 3 xal qazandı. Oblak seyvləri ilə “hindular”ı qələbəyə daşıdı. Əksinə, “Vilyarreal” “Alaves”in öhdəsindən asanlıqla gəldi. Səfərdə “Real Sosyedad”a minimal fərqlə uduzan “Barselona” çempionluq yarışında intriqanın dirçəlməsinə səbəb oldu. Baskların digər klubu – “Atletik” “Valyadolid”lə səfər oyununun uzatma dəqiqələrində 1 xalı xilas edə bildi.

Hesabat turunda azarkeşləri təəccübləndirən komandalardan biri də “Las Palmas” oldu. Autsayder iki avtoqolun vurulduğu oyunda səfərdə “Rayo Valyekano”nun öhdəsindən gəldi. “Leqanes”ə “quru” hesabla uduzan “Sevilya”nın əzab-əziyyətli günləri davam edir. Əndəlüslərin digər klubu “Betis” də evdə “Selta”ya qalib gələ bilmədi. Mövsümün əvvəlini boşa verən “Jirona” səfərdə “Xetafe”ni məğlub etməklə daha iki pillə irəlilədi.

13-cü tur
Real Sosyedad – Barselona 1:0
Bekker, 33. (36194)
Barselona: Penya, Balde, Martines, Kubarsi, Kunde (Qavi, 84), Pedri (Viktor, 90+1), De Yonq (Olmo, 46), Kasado, Rafinya, Lopes (Fati, 69), Levandovski.
Real – Osasuna 4:0
Vinisius, 34; 61; 69. Bellingem, 42. (72462)
Real: Lunin, F.Qarsiya, Rüdiger, Militao (Asensio, 30), Vaskes (Modriç, 46), Bellingem (Gülər, 75), Kamavinqa, Valverde, Vinisius (Endrik, 75), Rodriqo (Dias, 20), Mbappe.
Malyorka – Atletiko 0:1
Alvares, 61. (19500)
Atletiko: Oblak, Mandava, Lanqle (Vitsel, 63), Ximenes, Molina, Rikelme (Qallaher, 86), Barrios, Koke, Simeone (Korrea, 62), Alvares (Sörlot, 62), Qrizmann (De Paul, 62).
Rayo Valyekano – Las Palmas 1:3
Makkenna, 90+3-öz qapısına – F.Silva, 6. Aridane, 62-öz qapısına. Fuster, 67. (12978)
Vilyarreal – Alaves 3:0
Axomaş, 38. Parexo, 81-p. Komesanya, 90. (17659)
Betis – Selta 2:2
Roke, 40. Bartra, 90+5 – Rodriges, 13. Duvikas, 83. (54015)
Leqanes – Sevilya 1:0
De la Fuente, 82-p. (11167)
Xetafe – Jirona 0:1
Errera, 42. (10923)
Valyadolid – Atletik 1:1
Moro, 79 – Quruseta, 90+4. (23515)
“Espanyol” – “Valensiya” oyunu təxirə salınıb.

1. Barselona 13 11 0 2 40-12 33
2. Real 12 8 3 1 25-11 27
3. Atletiko 13 7 5 1 19-7 26
4. Vilyarreal 12 7 3 2 23-19 24
5. Osasuna 13 6 3 4 17-20 21
6. Atletik 13 5 5 3 19-13 20
7. Betis 13 5 5 3 14-12 20
8. Real Sosyedad 13 5 3 5 11-10 18
9. Malyorka 13 5 3 5 10-10 18
10. Jirona 13 5 3 5 16-17 18
11. Selta 13 5 2 6 20-22 17
12. Rayo Valyekano 12 4 4 4 13-13 16
13. Sevilya 13 4 3 6 12-18 15
14. Leqanes 13 3 5 5 13-16 14
15. Alaves 13 4 1 8 14-22 13
16. Las Palmas 13 3 3 7 16-22 12
17. Xetafe 13 1 7 5 8-11 10
18. Espanyol 12 3 1 8 11-22 10
19. Valyadolid 13 2 3 8 10-25 9
20. Valensiya 11 1 4 6 8-17 7

Bombardirlər: Levandovski (Barselona) – 14, Vinisius – 8, A.Peres (Vilyarreal), Rafinya (Barselona) - 7, Mbappe (Real), Budimir (Osasuna) - 6.

Növbəti turun oyunları noyabrın 22-24-u aralığında keçiriləcək: Xetafe – Valyadolid, Valensiya – Betis, Atletiko – Alaves, Las Palmas – Malyorka, Jirona – Espanyol, Selta – Barselona, Osasuna – Vilyarreal, Sevilya – Rayo Valyekano, Leqanes – Real, Atletik – Real Sosyedad.

Turun rəqəmi
0 – “Barselona” “Real Sosyedad”ın qapısına 11 zərbə vurdu, bunların heç biri “çərçivə”yə getmədi. Kataloniya nəhəngi 2014-cü ilin sentyabrından bəri ilk dəfə rəqib “çərçivə”sinə bir zərbə də vura bilmədi. Həmin vaxt “Barsa” “Malaqa” ilə heç-heçə etmişdi (0:0).

Turun ulduzu
Vinisius Junior (Real) – “Osasuna” ilə oyundakı het-trik hazırda komandanın əsas ulduzunun kim olmasıyla bağlı verilən suala ən doğru cavabdı. Onu da nəzərə alaq ki, Mbappe bu oyunda heç bir məhsuldar hərəkətlə yadda qalmadı.

Turun sitatı
Eduardo İturralde Qonsales, sabiq hakim (Levandovskinin 13-cü dəqiqədə vurduğu, ofsayd üzündən sayılmayan qol haqda; VAR polşalının butsunun ucunun baskların sonuncu müdafiəçisi Agerdin butsundan öndə olduğunu müəyyənləşdirib):
“Kadrları adam yox, maşın lentə alır. Həmin maşın topa və oyunçulara nəzarət edən 30-dan artıq kamera ilə təchiz olunub. Kadrı top oyunu tərk edəndə yox, ötürmə verənin topla ilk təması zamanı “tutmaq” lazımdı. Topa ilk toxunuş zamanı Levandovskinin sarı butsu “Real Sosyedad”ın oyunçusunu qabaqlayır. Çox ani zaman kəsiyində Agerd butsunu arxaya qoyur, bu tələdi. Bu ölkədə başıpozuqluq çoxdu, ancaq söhbət adamın yox, maşının verdiyi qərardan gedir. Maşın “ofsayd” dedisə, mübahisə etməyə dəyməz. Daha burda insan amili yoxdu”.


Fakt
Xulian Alvares “Atletiko”nun heyətində bütün turnirlərdə keçirdiyi ilk 18 oyunda 7 qol vurub. Bu, Madrid klubunun debütantları üçün son üç ildəki ən yaxşı nəticədi. 2020/21 mövsümündə Luis Suares bu komandanın heyətində keçirdiyi ilk 18 oyunda 11 dəfə fərqlənmişdi.

Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Təkrara baxmışam, hakimin qərarı doğru deyildi, təmiz qoldu. Həmin qol sayılmalıydı. Ancaq biz hətta belə qərarı da qəbul etməliyik. Hakimi günahlandırmamalıyıq. Ona görə ki, hər birimiz insanıq, səhvə yol veririk... Bu gün böyük səhv oldu”.
Chosen
28
football-plus.az

1Sources