EN

ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi....

Image

“The New York Times” qəzeti yazıb ki, bəzi ABŞ və Avropa rəsmilərinin ABŞ prezidenti Co Baydenlə Ukraynaya nüvə silahı verilməsini müzakirə ediblər. Xəbərə görə, məsələ Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi kontekstində qaldırılıb. 

Müzakirələr zamanı Sovet İttifaqının dağılmasından sonra Ukraynadan götürülmüş nüvə silahlarının geri qaytarılmasının “dərhal və böyük çəkindirici effekt” verəcəyi vurğulanıb. Bununla belə, belə bir addımın “mürəkkəb” olduğu və “ciddi nəticələrə” səbəb ola biləcəyi də vurğulanıb. Alternativ variant kimi Ukraynaya “sarsıdıcı zərbə vura biləcək” adi silah arsenalının yaradılması gündəmə gətirilib. 

Xatırladaq ki, SSRİ-nin dağılmasından sonra Ukrayna 170 qitələrarası ballistik raket və 2500-dən çox taktiki raketlə dünyanın üçüncü ən böyük nüvə dövlətinə çevrilmişdi. Lakin 1996-cı ildə əldə olunan razılaşma nəticəsində bu nüvə silahları Rusiyaya verildi və Ukrayna Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşuldu.

TAHİR





Chosen
30
baki-xeber.com

1Sources