EN

Netanyahunun Brüsselə yolu bağlandı- gəlsə həbs edəcəyik...

Image

Avropa İttifaqı (Aİ) və NATO-ya ev sahibliyi edən Belçika, İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Qallant haqqında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına əməl edəcəyini açıqlayıb.

Belçika Xarici İşlər Nazirliyinin sözçüsü Florinda Baleci Türkiyə mediasına verdiyi açıqlamada Netanyahu və Qallantın həbsinə dair qərarı dəyərləndirib.

BCM-nin verdiyi həbs qərarlarının icrası məsuliyyətinin dövlətlərin üzərinə düşdüyünü xatırladan Baleci, Roma Statutunun 86-cı maddəsinə əsasən, bu müqavilənin tərəfi olan dövlətlərin BCM ilə tam əməkdaşlıq etmək üçün qanuni öhdəliklərinin olduğunu vurğulayıb.

Baleci, Belçikanın beynəlxalq hüquqa hörməti və BCM-nin müstəqil fəaliyyətini tam dəstəklədiyini vurğulayaraq deyib: "Məhkəmənin həbs qərarı ilə hər hansı bir şəxs Belçika ərazisində olarsa, Belçika səlahiyyətliləri Roma Statutundan irəli gələn öhdəliklərinə əməl edəcəklər".

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Qallantın "Qəzzada törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə" həbsinə order verdiyini açıqlayıb.

TAHİR





Chosen
31
baki-xeber.com

1Sources