EN

Rusiyanın "Oreşnik" raketi onkoloji xəstəliklər yarada bilər

 
"Bu raketin tətbiqinin nəticələri təkcə hərbi və iqtisadi cəhətdən ölçülmür, həm də əhalinin sağlamlığı üçün böyük təhlükədir..."
 
Rusiyanın "Oreşnik" ballistik raketi ilə zərbələr torpağı və suyu çirkləndirərək insanlarda onkoloji xəstəliklər yarada bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.
 
Mühəndis-proqramçı və ixtiraçı Oleq Drojak Rusiyanın raket zərbələrinin nəticələri ilə bağlı olan fəlakətin etibarlı əsası olduğunu bəyan edib.
 
Onun sözlərinə görə, yerə böyük sürətlə uçub gələn raketlər yanacaq və heksogen kimi partlayıcı maddələrin qalıqları daxil olmaqla təhlükəli kimyəvi maddələr olan torpağın dərinliklərinə çökür.
 
Bu maddələri tamamilə zərərsizləşdirmək və onlardan müdafiə olunmaq praktiki olaraq mümkün deyil, çünki minasızlaşdırmanın standart metodları torpağın yalnız 50 sm dərinliyinə nüfuz etməyə imkan verir. Həm də bu birləşmələr xeyli dərinlikdə ola bilər.
 
Drojakın sözlərinə görə, ən ciddi təhlükələrdən biri yeraltı sularda təhlükəli maddələrin meydana çıxmasıdır. Çirklənmiş su böyük əraziyə yayıla və əhalinin xroniki zəhərlənməsinə səbəb ola bilər. 
 
Mühəndisin sözlərinə görə, raket atəşlərinin uzunmüddətıi təsiri kütləvi xəstəliklərə, o cümlədən onkoloji xəstəliklərə səbəb ola bilər. Bu zaman mütəxəssislər qeyd edir ki, sakinlər zəhərlənmə və xəstəliklərin səbəbinin raketlər olduğunu yəqin etməyə bilər.
 
Rusiya təcavüzünün bu nəticələri təkcə hərbi və iqtisadi cəhətdən ölçülmür, həm də əhalinin sağlamlığı və Ukraynanın təhlükəsizliyi üçün xüsusilə təhlükə törədir. Bunun dərindən öyrənilməsi və minimuna endirilməsi beynəlxalq ekspertlərin cəlb edilməsi və xeyli resurslar tələb edir.
Chosen
34
moderator.az

1Sources