EN

Qəzzada ölən jurnalistlərin sayı açıqlandı

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayı 189-a yüksəlib.

"Cebheinfo.az" xarici mediaya istinadla xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.

Məlumatda Qəzza İslam Universitetinin Jurnalistika və Media fakültəsinin müəllimi, jurnalist Vail İbrahim Əbu Kafenin İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilib.

İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırıma başladığı 7 oktyabr 2023-cü ildən bəri həyatını itirən mətbuat mənsublarının sayı yenilənərək 189-a çatıb.

Chosen
17
2
cebheinfo.az

3Sources