EN

İlon Mask: "ABŞ iflasa doğru getməkdədir"

Fins.az - Milyarder və sahibkar İlon Mask, ABŞ-ın hazırkı siyasi kursunun ölkəni iflasa sürükləyə biləcəyini bildirib.

Mask, bu barədə sosial şəbəkə platforması X-də (əvvəlki adı ilə Twitter) paylaşdığı yazıda, “Hazırda Amerika sürətlə iflasa doğru gedir” deyə qeyd edib.

Maskın bu açıqlaması, Dövlət İdarəetmə Effektivliyi Departamentinin (DOGE) X-də paylaşdığı postla əlaqədar olub. Postda 2023-cü ildə ABŞ hökumətinin 6,16 trilyon dollar xərclədiyi, amma yalnız 4,47 trilyon dollar gəlir əldə etdiyi bildirilir. DOGE, ABŞ büdcəsinin son dəfə 2001-ci ildə artıq olduğunu və büdcə balansını bərpa etməyə çağırıb.

Həmçinin, seçilmiş prezident Donald Tramp tərəfindən DOGE-nin rəhbərlərinə təyin olunan Mask və sahibkar Vivek Ramasvami, ölkə büdcəsini 2 trilyon dollar azaltmağı planlaşdırırlar. Ramasvami, federal agentliklərin bir qismini ləğv etməyi və hökumətin şişmiş sahələrində kütləvi ixtisarlar keçirməyi nəzərdə tutduqlarını vurğulayıb.

Maskın məqsədi, ölkə büdcəsinin daha səmərəli idarə olunması və dövlət xərclərinin ciddi şəkildə azaldılmasıdır.

Chosen
15
fins.az

1Sources