EN

Los-Anceles avtomobil sərgisində yüzlərlə yeni model nümayiş olunur

Dünyanın ən nüfuzlu avtomobil tədbirlərindən biri olan “Los-Anceles-2024” sərgisi cümə günü fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın aparıcı avtomobil istehsalçılarının yüzlərlə yeni modeli nümayiş olunur. ABŞ-ın ən böyük avtomobil bazarındakı Los-Anceles Konvensiya Mərkəzində təşkil olunan sərgi dekabrın 1-dək davam edəcək.

1907-ci ildə əsası qoyulan Los-Anceles avtomobil sərgisi perspektiv alıcılar, həmin sahənin rəhbərliyi, nüfuzlu şəxslər və avtomobil həvəskarları üçün mühüm hadisə sayılır. Ziyarətçilər burada həm qapalı, həm də açıq məkanda avtomobilləri sınaqdan keçirmək imkanı əldə edəcəklər.

Təşkilatçıların sözlərinə görə, avtomobil salonu şəhər iqtisadiyyatına yüz milyonlarla dollar gəlir gətirir və yerli əmək bazarını stimullaşdırır.

1Sources