EN

İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

Image

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən məkanda noyabrın 23-də iqlim fəalları növbəti etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağıran şüarlar səsləndiriblər. Onlar Qərb ölkələrini COP29 danışıqlarının məhsuldar bitməsi üçün aktivlik nümayiş etdirməməkdə ittiham ediblər.

Qeyd edək ki, noyabrın 11-dən bəri COP29 məkanında hər gün aksiyalar keçirilir. Etirazçıların fikirlərini ifadə etmələri üçün bütün şərait yaradılıb.

ZÜMRÜD






Chosen
16
3
baki-xeber.com

4Sources