EN

ABŞ qoşunlarını Suriyadan çıxara bilər

ABŞ seçkilərində qalib gələn Donald Tramp seçildikdən sonra Amerika qoşunlarını Suriyadan çıxarmaq qərarına gələ bilər.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Demokratlar qoşunların Əfqanıstandan çıxarılmasında olduğu kimi, Suriyadan çıxarılması ilə bağlı çətinlikləri yenidən yaşamaq istəmədilər. İndi respublikaçılar dövründə onların ordunun çıxarılmasını həyata keçirmək şansı olacaq. Düşünürəm ki, onlar müsbət qərar qəbul edə bilərlər”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Suriyada 800 hərbçinin olması ABŞ-yə sərf etmir. O hesab edir ki, bu, əksinə, Amerikanın hərbi əməliyyatları üçün maneəyə çevrilir.

Chosen
7
unikal.az

1Sources