EN

Bakıda Fransanın neokolonial siyasətini ifşa olundu

“Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan COP29 sammitinin uğurla başa çatması üçün üzərinə düşən bütün vəzifələri icra etdi”.

Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Fransanın, COP29-u baykot çağırışları, Azərbaycan əleyhinə apardığı kütləvi qarayaxma kampaniyası öz bəhrəsini vermədi:

“Əksinə, bəzi məsələlərdə Fransanın əleyhinə işlədi. Prezident İlham Əliyevin, dünyanın gözü qarşısında Fransanın neokolonial siyasətini ifşa etməsi, dənizaşırı adaların nümayəndələrinin irqi-ayrı seçkiliyə məruz qalmalarını, haqqını tələb edən yüzlərlə insanın qətlə yetirilməsini, həbsxanalara atılmasını faktlarla səsləndirməsi, Makronun əsil simasını göstərmiş oldu. Cənab Prezidentin çıxışından dərhal sonra, Fransanı Bakıda təmsil etməli olan ekologiya nazirinin səfərdən imtina etməsi, fransız siyasətçilərinin heysiyyatına vurulmuş zərbə idi. Təbii ki, biz Azərbaycan olaraq, münasibətlərdə gərginliyin olmasında maraqlı deyilik. Qarşıdurmanın səbəbkarı və təşəbbüskarı prezident Makrondur. Məhz, onun yanlış siyasəti, şəxsi hikkəsi ikitərəfli əməkdaşlığı bu həddə çatdırdı”.

Deputat vurğulayıb ki, Vətən müharibəsindən sonra, ermənidən daha çox, qəti ermənipərəst mövqeyi, Azərbaycan kimi iqtisadi müttəfiqinin itirilməsi ilə nəticələndi:

“Ermənistanın silahlanlandırılması isə, bölgənin gələcəyinə basdırılmış minadır. Məhz, Makronun müdaxiləsindən sonra Ermənistanla sülh danışıqları pozuldu. Makron olmasaydı, Ermənistan Azərbaycanın şərtlərini qəbul edəcəkdi. Fransanın nəyin bahasına olursa, olsun Cənubi Qafqaza girmək cəhdi, regionu yenidən təhlükə altına atır. Erməni xalqı bilməlidir ki, Makronun başladığı oyunlar, son dərəcə təhlükəlidir və hər şeydən əvvəl ermənilər zərər görəcəklər. 100 il bundan əvvəl olduğu kimi.

Fransanın Azərbaycandakı səfiri Xarici işlər nazirliyinə çağırıldı və ölkəsinin destruktiv siyasətinin yol verilməzliyi, problemlərin həllinə xidmət etmədiyi səfirin diqqətinə çatdırıldı. Bu xəbərdarlıqdır və preventiv xarakter daşıyır. Fransa tərəfi düzgün nəticə çıxarmasa, gərginliyin artacağı şübhəsizdir. Onsuz da, dünya çalxalanır. Rusiya-Ukrayna, Yaxın Şərq müharibələri və s. yeni dünya müharibəsinin qapıda olduğunu göstərir. Biz dövlət, xalq olaraq buna hazır olmalıyıq”.

Chosen
23
xalq.az

1Sources