EN

“Böyük kapitanlar”: “14 nömrə”miz “14-lük”dən geridə

Millətlər Liqasının noyabrda keçirilən oyunları Harri Keyn üçün maraqlı hadisə ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, ulduz hücumçu karyerasında 75-ci dəfə İngiltərə millisinin kapitanı kimi meydana çıxıb.

Bununla da Keyn Avropanın “Böyük kapitanlar”ı sırasına düşüb. O, yığmasını 75 görüşə sarğı ilə çıxaran 16-cı futbolçudur.

Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadıqov da bu siyahıdadır. 78 oyuna yığmamızın kapitanı kimi başlayan “14 nömrə”miz cədvəldə 14 futbolçudan geri qalır. 15-ci olan Sadıqov Keyndən öndədir.

Cədvələ isə Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo başçılıq edir. O, Sadıqovdan 2 dəfə çox – 156 matçda öz yığmasının kapitanı olub. İki qapıçı – Uqo Loris və İker Kasilyas da “100”ü arxada qoyub.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 156
2. Uqo Loris (Fransa) – 121
3. İker Kasilyas (İspaniya) – 104
4. Torbyorn Svensson (Norveç) – 93
5. Byorn Nordkvist (İsveç) – 92
6. Robert Levandovski (Polşa) – 91
7-8. Bobbi Mur (İngiltərə) – 90
Billi Rayt (İngiltərə) – 90
9-10. Vitali Astafyev (Latviya) – 87
Viktor Onopko (Rusiya) – 87
11. Luka Modriç (Xorvatiya) – 84
12. Stiv Devis (Şimali İrlandiya) – 82
13. Canluici Buffon (İtaliya) - 80
14. Fabio Kannavaro (İtaliya) – 79
15. Rəşad Sadıqov (Azərbaycan) – 78
16. Harri Keyn (İngiltərə) – 75

Qeyd edək ki, Sadıqov 2001-17-ci illərdə milli forma ilə 111 oyun keçirib.

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
15
idman.biz

1Sources