Berlin məhkəməsi hamilə həmyerlisinə hücum edən ukraynalıya 7 il 9 ay həbs cəzası verib.
Bu barədə Bild yazır.
Həmin şəxs “xüsusilə ağır zorlama və sağlamlığa ağır xəsarət yetirmə”də təqsirli bilinib.
Qəzet qeyd edir ki, “müttəhim hökmdən sonra rahatlaşıb: o, indi bir neçə il Almaniyada qala bilər”.
2023-cü ilin sentyabrında o, doqquz aylıq hamilə olan 25 yaşlı ev yoldaşına hücum edərək təcavüz etdi. Uşağın sonradan sağlam doğulduğu vurğulanır.
DOĞRU.AZ