EN

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank” ASC-nin Müşahidə Şurasına yeni təyinatlar olub.

Valyuta.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Samirə Qəhrəmanova Vaqif qız Müşahidə Şurasının üzvü, Fuad Məmmədov Yaşar oğlu isə müstəqil üzvü seçilib.

Hazırda Müşahidə Şurasına Əfqan Cavadov Şirin oğlu sədrlik edir.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.54 milyon manatdır. Bankın səhmlərinin 48.8 %-i “Azenco Group”a, 30.8%-i “Enerqoservis” MMC-yə, 20%-i Hafiz Seyidova, 0.4%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

© Banker.az

Chosen
12
valyuta.az

1Sources