EN

COP29-da kritik gün - Tərəflər razılığa gələ biləcəkmi?

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensyasının Tərəflər konfransınım 29-cu sessiyasında (COP29) kritik gündür.

Referans.az xəbər verir ki, tərəflər yekun razılığa gəlməkdə çətinlik çəkdikləri üşün danışıqlar davam edir.

Səhər saatlarından etibarən iclas otaqlarında müzakirələr keçirilir. Media nümayəndələri isə iclas otaqlarının önündə gözləyirlər.

Bu dəqiqələrdə jurnalistlər iclas otağından çıxan bir neçə nümayəndə ilə danışa, danışıqların gedişi ilə maraqlana bilib.
Belçikalı nümayəndə, çoxtərəfli proseslər üzrə qlobal rəhbər Rebekka Tissen bildirib ki, danışıqların mərkəzində iqlim maliyyəsi məqsədi daha ciddi qəbul edilməlidir. "Mətnin yeni versiyasında bu görünmür. Biz sadəcə olaraq iclası yarımçıq kəsdik", deyə o bildirib.

Qeyd edək ki, yekun qərar layihəsində hədəfin ildə 300 milyard ABŞ dolları məbləğində müəyyən edilməsi təklif olunur.  

Chosen
11
1
referans.az

2Sources