EN

Levon Köçəryan Paşinyanın bəyanatı haqda: Bu, təkcə cahillik deyil, həm də alçaqlıqdır

 

Parlamentin “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanın “Qərbi Ermənistan” və “Qərbi Azərbaycan” ifadələri ilə bağlı səs-küylü bəyanatına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

“Paşinyanın “Qərbi Ermənistan” ifadəsini “Qərbi Azərbaycan”la eyniləşdirməsi təkcə nadanlıq deyil, həm də alçaqlıqdır”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Paşinyan müsahibəsində bunları deyib: “İndi biz çox narahatıq ki, kimlərsə haradasa “Qərbi Azərbaycan” ifadəsini işlədir, eləmi? Biz “Qərbi Ermənistan” deyəndə bunun da bəzilərini qıcıqlandırdığını düşünmürükmü?
İndi yenə deyəcəklər ki, bu, növbəti xəyanətdir, amma bu gün elə bir statusdayam ki, xalqımızla doğru danışmağa məcburam. Əgər bunu etməsəm, o zaman bilərəkdən ölkəmizi dövlətçiliyin itirilməsinə aparacağam, buna yol verə bilmərəm”.

KONKRET.az

Chosen
26
konkret.az

1Sources