EN

COP29 əməkdaşlıq və tərəfdaşlıq təklif edirdi, lakin… – AÇIQLAMA

“Qeyri-Hökumət Təşkilatları Milli Forumu Afrika ölkələri ilə sıx əməkdaşlıq edərək COP29 çərçivəsində iqlim üzrə PanAfrika Alyansının tədbirlərini təşkil ediblər”.

Busaat.az xəbər verir ki, bunu Bakıvaxt.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, Afrikanın qeyri-hökumət təşkilatları heç bir COP-da Bakıda keçirilən tədbirdəki kimi fəal təmsil olunmayıblar:

“Açığı bizim də onlardan öyrənəcəyimiz bir çox məsələ var. Çünki Afrika ölkələri iqlim məsələlərində həssas dövlətlərdir. Biz onların necə mübariz olduqlarını öz gözlərimizlə gördük. Onların öz haqları uğrunda inkişaf etmiş ölkələrlə mübarizəsinə şahidlik etdik. Əlbəttə, yanaşma mübarizə aparmaq deyil”.

Onun sözlərinə görə, COP29 əməkdaşlıq və tərəfdaşlıq təklif edirdi, lakin inkişaf etmiş ölkələrin arzuolunmaz mövqeyi, empatik olmayan davranışı digər tərəfi də şərtləndirir:

“Biz ilk müzakirələrdə Afrikadan olan həmkarlarımızın necə kompramisə meyilli olduqlarını gördük. Ancaq proses irəlilədikcə onların mövqeyinin sərtləşdiyini, daha doğrusu məyusluğunu müşahidə etdik. Onlar düşünürdülər ki, artıq olan olub, keçən keçib, indi sıfırdan başlamaq lazımdır. 2025-ci ildə Yeni Kollektiv Kəmiyyət Məqsədi müəyyən etmək lazımdır. Minimum olaraq 1 trilyon dollar, maksimum olaraq 1.3 trilyon dollar maliyyə nəzərdə tutulurdu. Ancaq inkişaf etmiş ölkələrin barışmaz mövqedən çıxış etməsi Afrika ölkələrini qəzəbləndirdi”.

image-z-ibrahimli

Zaur İbrahimli: COP29 bizə çoxlu dostluq qazandırdı

Z.İbrahimli diqqətə çatdırıb ki, Bakıya hücumların bir məqsədi də məhz bu perspektivləri görmələri idi:

“İnkişaf etmiş ölkələr başa düşürdülər ki, belə inklüziv COP-da əvvəlki COP-larda olduğu kimi formal bəhanələrlə yaxalarını qurtara bilməyəcəklər. Yəni pərdə qalxacaq və hər şey aydın olacaq. Məncə, COP29-un ən böyük nailiyyətlərindən biri odur ki, bizə çoxlu dostluq qazandırdı, indiyədək olan dostluqlarımızı möhkəmləndirdi”.

Qeyd edək ki, COP29 Sədrliyi danışıqlarda son vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, COP29 sədrliyi il ərzində inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb:

“Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik”.

Vurğulanıb ki, bu mətnlər COP29 üçün balanslaşdırılmış və sadələşdirilmiş paket təşkil edir:

“COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə öyrənməyə, qalan bir neçə variant üzərində konsensusa gəlməyə çağırır. Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik. Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyətinə ayrılan ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin ildə 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir. Tərəflərlə razılaşdırıla bilinməyən vacib məsələlərə yekun düzəlişlər üçün onlarla daha sıx işləyəcəyik. Biz daha çox şəffaf və inklüziv çalışacağıq ki, daha yüksək ambisiyalı mümkün nəticəni əldə edək”. /Bakıvaxtı.az

Chosen
10
1
busaat.az

2Sources