EN

COP29-un nəticələri Azərbaycanın növbəti zəfəridir - TƏHLİL

Müstəqilliyini yenicə əldə etmiş bir dövlətin bu cür beynəlxalq tədbirə ev sahibliyi etməsi, həm də onun regional güc olaraq əhəmiyyətini artırır
 
Noyabrın 11-dən etibarən Bakıda işinə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) yekunlaşmaq üzrədir.
Dünyanın 196 ölkəsindən75 min iştirakçının qeydiyyatdan keçdiyi bu tədbirdə dünyada iqlim dəyişiklikləri, qlobal istiləşmə, su ehtiyyatlarının bərabər paylanılması, atmosferə buraxılan karbon qazının həcminin azaldılması ilə bağlı çox mühüm məsələlər müzakirə edilib. 
Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə 80-dən artıq dövlət başçısı, hökumət nümayəndələri iştirak edib. Bu dövlətlər öz texnologiyaları sayəsində əldə etdikləri uğur və nailiyyətləri də bölüşmək imkanı əldə ediblər. 
COP29 beynəlxalq əməkdaşlığın genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynadığı kimi, dünyanın gələcəyinə, siyasi, iqtisadi, ekoloji problemlərin araşdırılması və həlli yollarına da işıq salıb. 
Müstəqil Azərbaycanın dünyaca böyük nüfuzundan xəbər verən bu beynəlxalq tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı, habelə həyatın bütün sahələrinə nüfuz edən iqlim dəyişmələrinə dair qarşıya qoyulan məsələlər ölkə ictimaiyyətində qürur hissi və məmnunluq yaradıb.

Bütün bunlar göstərir ki, COP29-un Azərbaycan üçün əhəmiyyəti çox böyükdür və regionun lider dövləti kimi hədəflərimizə nail olduq. 
Dünyanın gözü qarşısında bir daha sübut olundu ki, Azərbaycan təhlükəsiz ölkədir, insanlar rahat şəkildə bu ölkəyə səfər edə bilərlər. Ən diqqət çəkən məsələlərdən biri o oldu ki, COP29 zamanı bir dəfə də olsun narahatedici hadisə yaşanmadı, əsl tədbirin mahiyətinə uyğun yüksək səviyyədə müzakirə platforması keçirildi.

Nəhayyət, COP29 ərəfəsi və tədbirin baş tutduğu dövrdə Azərbaycana qarşı hücumlar, təşkilatçılar, icraçıları məqsədlərinə çatmadı. Azərbaycan adına, vədinə yaraşan  nəticələr əldə etdi və dünyada nüfuzu daha da artdı. 

COP29 öncəsi və tədbir zamanı Qərbin bəzi üzdəniraq dairələri tərəfindən Azərbaycana qarşı iyrənc, qərəzli, açıq-aşkar düşmənçilik xarakteri daşıyan kampaniya aparıldı. Ümumulikdə ölkəmizə qarşı bütün bu kampaniya hibrid müharibənin ən eybəcər forması idi. Bu şəbəkənin qarşısına COP dövründə bütün metodlardan istifadə etməklə, hətta ən alçaq və təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq vəzifəsi qoyulmuşdu.


Çünki Qarabağ zəfərindən sonra Azərbaycana qarşı qısqanclıq, paxıllıq və riyakarlıq hökm sürürdü. Onlar Azərbaycanın dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a ev sahibliyi etməsini həzm edə bilmirdilər. 
Azərbaycanı tələm-tələsik Ermənistanla sülh müqaviləsinə vadar etməyə can atırdılar. Bu məsələdə C.Bayden Administrasiyası xüsusi canfəşanlıq edirdi. Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş mənfurların azad olunmasına nail olmaq istəyirdilər.
4 illik hakimiyyəti boyu uğursuzluqlarla yadda qalan C.Bayden guya Ermənistanla Azərbaycan arasında sülhə nail olmaqla və hətta sülh müqaviləsinin Vaşinqtonda imzalanmasını təmin etməklə özünə xal qazanmaq və Nobel sülh müküfatına layiq olmaq kimi hədəflər güdürdü.

Başlıca hədəflərdən biri Azərbaycanın neft-qaz sənayesini sıradan çıxarmaq və Azərbaycanı bu sahədə qeyri-real olan öhdəliklər altına salmaq niyyəti güdürdülər. Hər vəclə Qarabağ ermənilərini yenidən Azərbaycan torpaqlarına qaytarmaq və Azərbaycan xalqı üçün yeni terror və separatizm yuvası qurmaq arzuları var idi. Bununla da regionu yenidən öz bildikləri kimi idarə etmək üçün vasitələrə əl atırdılar.
 Qərb bütün bu çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərir. Dünya Qərbdən 1 trilyon vəsait gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxdı. Qəsdən bu rəqəmi də tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışırdı. Amma necə deyərlər bütün arzuları ürəklərində qaldı və Azərbaycan dünyaya əsl nümunə olacaq bir tədbirlə qabiliyyətini, gücünü, liderlik bacarığını ortaya qoydu.  

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov da  “Şərq”ə açıqlamasında  COP29 tədbirinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Ekoloq qeyd edib ki, ökəmizin milli inkişaf strategiyasında ətraf mühitə təsir və onun qorunması əhəmiyyətli bir yer tutur:

“Müasir dövrün ən böyük ekoloji hadisələrindən biri olan COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Konfransı) ölkəmiz üçün tarixində bir ilkdir və həm regional, həm də qlobal ekoloji siyasətdə yeni trendlərin inkişafına təkan verəcək. Bu tədbirin Azərbaycan torpağında keçirilməsi, ölkəmizin ətraf mühit sahəsindəki strateji mövqeyinin gücləndirilməsi üçün böyük bir fürsət yaradır. COP29-un Azərbaycanda keçirilməsi, yerli və beynəlxalq səviyyədə ətraf mühit məsələlərinə daha çox diqqət ayrılmasına səbəb ola bilər. Bu tədbir, ölkənin ekoloji problemləri və potensial həlləri haqqında daha geniş bir müzakirə başlatmağa imkan verəcək.
Bununla yanaşı, qlobal iqlim siyasətində və dayanıqlı inkişafda Azərbaycanla əməkdaşlığın artması mümkündür. Müstəqilliyini çox da keçmişdə əldə etməyən bir dövlətin bu cür beynəlxalq tədbirə ev sahibliyi etməsi, həm də onun regional güc olaraq əhəmiyyətini artırır”. 

Rövşən Abbasov onu da deyib ki, COP29 kimi böyük tədbirin Azərbaycanda keçirilməsi yerli və beynəlxalq səviyyədə ətraf mühit məsələlərinə daha çox diqqət ayrılmasına səbəb olacaq. Ekoloq həmçinin COP29 tədbirinin daha çox beynəlxalq və yüksək səviyyəli bəyannamələrlə yadda qalacağını qeyd edib. Onun sözlərinə görə,  Su və İqlim bəyannaməsi, Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyətinə dair COP29 Bəyannaməsi, hansı ki  50-dən çox hökumət təsdiq edib,eyni zamanda İqlimə davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları (MAP) Bəyannaməsi kifayət qədər əhəmiyyətli bir sənəddir: 

“Bu bəyannamələrin hər biri təbii resurslardan dayanıqlı istifadəni və istixana qazlarının azaldılması istiqamətində atılacaq addımların mexanizmini  özündə əks etdirir. Misir, Birləşmiş Ərəb Əmirliyi, Azərbaycan və  Brazilyanın imzaladığı COP prezidentlərinin davamlılığı təşəbbüsü  də kifayət qədər faydalı bir sənəddir. Birləşmiş Krallığın da qoşulduğu qlobal metan öhdəliyinə aid olan təşəbbüsü də xüsusi dəstəkləmək lazımdır. “Yaşıl maliyyə” istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Bu məsələ COP-un əsas agendasına daxil  olan bir məsələdir. COP29-da maliyyə razılaşmasının əldə olunması ona görə önəmlidir ki, karbon və digər atmosfer üçün zərərli qazların dünyanı isitməsinin qarşısını almaq mümkün olsun - bu vəsait kasıb ölkələr üçün vacibdir, pul ayrılarsa, onlar istixana qazlarını azaltmaq imkanı əldə edə biləcəklər.COP29-da kasıb ölkələrə maliyyənin məbləği barədə razılıq əldə olunarsa, bu, Azərbaycan üçün önəmli bir həftə olacaq - ancaq təkcə Azərbaycan üçün deyil, həm də istiləşməkdə olan dünyanın xilasında mühüm bir addım ola bilər. COP29-un danışıqları əsasən inkişaf etmiş ölkələrdən maliyyə vəsaitinin əldə edilməsi və qazıntı yanacağının azaldılması üzərində qurulub”.








Chosen
12
50
sherg.az

10Sources