EN

Vitse-prezident: "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam"

"Mən hazırkı prezident Ferdinand Markos və onun həyat yoldaşının öldürülməsi üçün killer tutmuşam. Əgər mənim başıma nəsə gəlsə, killer dərhal hərəkətə keçəcək".

Qaynarinfo GMA telekanalına istinadən xəbər verir ki, bunu Filippinin vitse-prezidenti Sara Duterte deyib.

Telekanalın məlumatına görə, bu bəyanat Duterte tərəfindən hüquq-mühafizə orqanlarının onun aparat rəhbəri Züleyka Lopesin büdcə vəsaitlərinin mümkün qanunsuz istifadəsi ilə bağlı istintaqa görə saxlanılmasından sonra səsləndirilib. Duterte bildirib ki, artıq killerə öz ölümünə dair xüsusi təlimatlar verib.

Filippin parlamenti vitse-prezidentin bu cür açıqlamalarını "ölkənin ikinci ən yüksək vəzifəli şəxsindən gözlənilməyən və narahatedici bəyanat" hesab edib. Eyni zamanda, onu xalqın təcili problemlərinin həllinə yönəlməyə çağırıb.

Baş verənlərdən sonra prezidentin təhlükəsizlik xidməti dövlət başçısının mühafizəsini gücləndirib, milli polis isə Duterte tərəfindən səsləndirilən hədələrlə bağlı araşdırmalara başlayıb.

Filippin siyasəti çox vaxt ailə klanlarının təsiri altında formalaşır. Duterte keçmiş prezident Rodriqo Dutertenin qızıdır. Rodriqo Duterte 2016-2022-ci illər arasında respublikaya rəhbərlik edib və hazırda narkotiklə mübarizə kampaniyası ilə bağlı istintaq altındadır. Hazırkı prezident Ferdinand Markos isə keçmiş diktator Ferdinand Markosun oğludur.

Aydın

Chosen
2
1
qaynarinfo.az

2Sources