EN

Qərb siyasətçiləri başlarından böyük hərəkətlər etməyi xoşlayırlar - ÖZƏL

"Qərb siyasətçiləri həqiqətən də başlarından böyük hərəkətlər eləməyi xoşlayırlar. Yəni onlara dəxli olmayan məsələlərə burun soxmağı özlərinə adət ediblər".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan   COP29-a ev sahibliyi edir. Müzakirə mövzusu Azərbaycan Respublikası, Azərbaycan dövləti deyil, dünyada iqlim dəyişiklikləridir, bunun üçün maliyyənin toplanmasıdır, ümumiyyətlə bəşəriyyətin xilas edilməsidir. Biz sadəcə olaraq bir platforma təklif etmişik ki, gəlin toplaşın, burada müzakirə aparın və ədəb, etika çərçivəsində gələnlər əvvəlcədən elan edilmiş mövzu və istiqamət üzrə fikirlərini bildirməli, müzakirələrdə iştirak etməli, çıxış yolları göstərməlidirlər. Amma  Qərbin bəzi dövlətlərinin bəzi rəsmiləri elə hesab edirlər ki, elə yeri gəldi-gəlmədi Azərbaycana yüklənməlidirlər. Adama deyərlər ki, sən kimsən? Ümumiyyətlə, bizim burada nə edib, etməməyimizin sənə nə dəxli var? Biz gedib Almaniyanın içində kiminsə hüquqları ilə məşğul oluruq? Yəni bilib-bilmədən nə gəldi danışırlar. Təbii ki, Azərbaycan ev sahibi olaraq nəzakət xatirinə bunlara sərt cavab vermir. Amma əmin olun ki, onların hamısının cavabı veriləcək. Bizim özümüzün hüquq sistemimiz var, dövlət sistemimiz var. Nəyi edirik, necə edirik, niyə edirik bu məsələləri yaxşı bilirik. Almaniyanın dünən "yumurtadan çıxmış" xarici işlər naziri durub gəlib bizim dövlətimizə ağıl öyrədəcək deyil. Onun tay-tuşları parklarda, bulvarlarda, turizm turist səfərlərində gəzişirlər. Hələ bir təcrübə toplasın, sən kimə gəlib ağıl öyrədirsən? Bunun cavabı veriləcək əlbəttə uyğun şəkildə. Amma indi hələlik biz ev sahibiyik, qonaqlarımız var, onları nəzakətlə, tam olaraq yola salıb bitirəndən sonra bu məsələlərlə daha yaxından məşğul olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
olaylar.az

1Sources