EN

Üç yaşlı Ayazın əməliyyatı üçün 700 manatı çatmır: Təcili Türkiyəyə yollanmalıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Üç yaşlı Ayazın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Pərvanə Əliyeva məlumat verib.
O bildirib ki, övladı sidik kisəsində problemlə dünyaya gəlib:
"Ayazın üç yaşı var, sidik kisəsinin problemi ilə dünyaya gəlib. Onun sidik kisəsi yaşına görə çox kiçikdir. Bununla bağlı dəfələrlə müalicə alsaq da, demək olar ki, heç bir xeyrini görməmişik. Bir il öncə onu müayinə üçün Türkiyədə yerləşən xəstəxanalardan birinə apardıq. Orada bu problemin aradan qaldırılması üçün əməliyyata alınmalı olduğunu dedilər".
Gənc ana övladının əməliyyatı üçün hazırda 700 manata ehtiyacları olduğunu deyib:
"Bizim bu əməliyyat üçün toplam 17 min manata ehtiyacımız var. Bu məbləğin böyük hissəsini dəyərli əşyalarımızı satıb, dost-tanışın və sizin saytın izləyicilərinin dəstəyi ilə toplaya bilmişik. Amma yenə də 700 manatımız hələ də əskikdir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 621-62-85.
Beynəlxalq Bank: 5522 0993 6204 2616.
Chosen
88
32
oxu.az

10Sources