Bakıda qaydalara əməl etməyən sürücü maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 12-də, paytaxtın Ələsgər Ələkbərov küçəsində baş verib.
Belə ki, 50-FA-126 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü dayanma-durmanı qadağan edən nişanın təsiri sahəsində qəfildən dayanıb. Bu zaman arxadan gələn avtomobilin qarşısını kəsərək ona mane olub. Dayanmış avtomobillə bütöv xətt arasında 3 metrdən az məsafə olduğu üçün, görüntünü qeydə alan sürücü keçib getmək üçün əks yola çıxmağa məcbur olub.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid